"Qəbələ"nin uğurlu çıxışı davam edir

22.04.2016 | 3021 dəfə oxunub

“Qəbələ”nin aşağı yaş qrupları üzrə olan komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 

Stadium.Az xəbər verir ki, çempionluğu 2 tur əvvəl təmin edən U-16-nın qələbə seriyası qırılıb. 

Keçirdiyi 26 matçın hamısında qalib gələn “qırmızı-qaralar” “Neftçi” ilə ev oyununda 0:1 hesabı ilə uduzub. 27 turdan sonra komandanın hesabında 78 xal var. U-15 də çempion titulu ilə 2-ci matça çıxıb. “Qəbələ” Siyəzənin “Neftçi” İK İB komandasını 3:0 hesabı ilə məğlub edib. Bununla da “qırmızı-qaralar” 33 oyundan sonra xal hesabını 97-yə çatdırıb. 

“Sumqayıt”la ev oyununda 1:2 hesabı ilə uduzan U-17 24 oyundan sonra 57 xalla 3-cü pillədə qərarlaşıb. U-19 Liqada 18 oyundan 49 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” 1 xal geridə olduğu liderdən 3 oyun az keçirdiyindən yarışın potensial lideridir.

U-10 Liqasında final mərhələsinə start verilib. 1/8 finalda “Daşqın”la üz-üzə gələn “Qəbələ” hər iki oyunda rəqibinə qalib gəlib. Komanda evdə 3:0, səfərdə 9:2 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail