Rail Məlikov: "Mənim arzum “Neftçi”də oynamaq olub, buna da nail olmuşam" - MÜSAHİBƏ

22.04.2016 | 3778 dəfə oxunub

AZAL klubunun müdafiəçisi Rail Məlikovun müsahibəsini təqdim edirik:

- Premyer Liqanın XXXI turunda “Rəvan”la görüş Azərbaycan çempionatlarında 250-ci oyununuz olacaq. Bunun sizin üçün bir önəmi varmı?

- Xeyr, heç bir önəmi yoxdu. Mənim üçün bütün oyunlar eynidi.

- 250 oyun normaldı, yoxsa bu rəqəm daha çox olmalı idi?

- Azdı, daha çox ola bilərdi. Ancaq belə az olmasının səbəbi də bir müddət ölkə xaricində çıxış etməyim olub.

- Karyeranız ərzində cəmi 2 qol vurmusunuz...

- Bildiyiniz kimi, mən cinah müdafiəçisi kimi də çıxış etmişəm. Həmin vaxt işim cinah keçidləri edib, cərimə meydanına ötürmə vermək olub. Bundan başqa, standart vəziyyətlər və künc zərbələri zamanı çox irəli getməyə qoymurdular. Az qol vurmağım da hücuma tək-tük hallarda getməyimlə bağlı olub.

- Qollarınızı xatırlayırsınız?

- Bəli, xatırlayıram. İlk qolumu “Bakılı”nın heyətində “Şəfa”ya vurmuşam. İkinci qolu da “Neftçi”də olarkən vurmuşam.

- Karyeranızdan razısınız?

- Bəli, razıyam.

- Bundan sonra neçə oyun keçirməyi hədəfləyirsiniz?

- Mümkün qədər çox. Təbii ki, 300 oyun həddini keçmək heç də pis olmaz.

- Karyeranız ərzində “Bakılı”, “Bakı”, “Neftçi”, “Qəbələ” və AZAL-da çıxış etmisiniz. Hansında çıxışınız daha uğurlu olub?

- Mənim arzum “Neftçi”də oynamaq olub, buna da nail olmuşam. Amma fikrimcə, “Bakı”dakı çıxışım daha uğurlu alınıb.

- Azərbaycan çempionatında keçirdiyiniz ilk matçı xatırlayırsınızmı?

- İlk görüşümü “Bakılı”nın heyətində keçirmişəm. Ancaq hansı komandaya qarşı oynadığımı xatırlamıram.

- İndiyə qədər sizə ən çox çətinlik yaradan hücumçu kim olub?

- Çempionatımızda yüksək səviyyəli hücumçular çox olub. Ona görə də konkret bir nəfərin adını çəkə bilmərəm. Ümumiyyətlə, kimisə fərqləndirmək düzgün deyil. Çünki hər hücumçuya qarşı diqqətli oynamalısan. Əks təqdirdə, sənə problem yarada bilər.

- Ən yaxşı tandeminiz kim olub?

- Bir neçə yaxşı tandemim olub. “Bakı”nın heyətində mən, Ramin Quliyev və Rafael Əmirbəyov birlikdə yaxşı tandem təşkil etmişdik. “Bakı” həmin vaxt 3 müdafiəçi sistemində oynayırdı. Bir də Rəşad Sadıqovla yaxşı tandem təşkil etmişəm. Onunla həm “Neftçi”də, həm də yığma komandada bir-birimizi yaxşı başa düşmüşük.

- İndiyə qədər keçirdiyiniz ən yaxşı oyun...

- Belə oyun çox olub. Amma zəif keçirdiyim matçlar da az olmayıb. Konkret yadımda qalan yoxdu. Çünki buna fikir verməmişəm.

- Gördüyünüz ən yaxşı məşqçi...

- Hazırkı məqamda Qurban Qurbanovla Tərlan Əhmədovu ən yaxşı məşqçi sayıram. Birgə işlədiyim məşqçilərdən isə beləsi çox olub.

- Birgə oynadığınız ən yaxşı futbolçu...

- Zaur Tağızadə. Çox bacarıqlı və sürətli idi. Onunla həm “Neftçi”də, həm də milli komandada bir yerdə oynamışıq.

- Ən çalışqan və tənbəllər...

- Çalışqan futbolçular Araz Abdullayev və Ruslan Abışov idi. Tənbəl futbolçu kimi isə Rəşad Abdullayev və Rəşad Sadiqovun adını çəkə bilərəm. Hər ikisi ilə “Neftçi”də komanda yoldaşı olmuşam. Məşqlərə qatılırdılar, amma onlar oyunların adamı idilər. Tənbəl olsalar da, matçlarda öz sözlərini deyirdilər.

- Ən istedadlı futbolçu...

- Araz Abdullayev. Onun istedadına bələdəm. Sadəcə, karyerasında düzgün olmayan şeylər baş verdi. Əgər vaxtında onu düz yönləndirsəydilər, Araz İngiltərədə də sözünü deyərdi.

- Ən çox yalan danışan...

- Elnur Allahverdiyev və Nizami Hacıyev. Bunu hamı bilir. Onlar şirin yalanlar deyirdilər. Elə yalan danışırdılar ki, adam inanırdı.

- Ən çox mahnı oxuyan...

- Kamran Ağayev və Ruslan Əmircanov tez-tez meyxana deyirlər. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail