Rail Məlikov üçün yubiley - FOTO

24.04.2016 | 3956 dəfə oxunub

AZAL-ın futbolçusu Rail Məlikov Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb. Stadium.Az xəbər verir ki, “təyyarəçilər”in kapitanı yubileyini Premyer Liqasının XXXI turunda qeyd edib.

“Rəvan”la hazırda davam edən matçda meydana start heyətində çıxan kapitanın hesabında artıq 250 qarşılaşma var.

Karyerasına Ramil Mirzəyev kimi başlayan arxa xətt oyunçusu bu rəqəmə “Bakılı”, “Bakı”, “Neftçi”, “Qəbələ” və AZAL-da forma geyinməklə çatıb.

Bugünkü matçı nəzərə almasaq, müdafiəçinin hesabında 249 matçda 2 qol var. O, bu oyunların 28-ni indiki komandasında keçirib.

Bununla, Məlikov Azərbaycan çempionatları tarixinə 250 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

Bu siyahıya daxil olan son iki oyunçu – Arif Daşdəmirovla Elvin Məmmədov yubileyini 2016-cı ildə qeyd edib. Siyahıya isə hesabında 421 oyun olan Mahmud Qurbanov başçılıq edir.

“Rəvan” – AZAL qarşılaşmasının start fitindən əvvəl “təyyarəçilər”in vitse-prezidenti Fikrət Hüseynov yubilyarı təbrik edib. Məlikova üzərində “Rail Məlikov-250” yazılmış forma hədiyyə edilib. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail