Bəhmən Həsənov: "Əməkdar məşqçi" adı ilə bağlı sənədləri vermişəm"

25.04.2016 | 4431 dəfə oxunub

"Rəvan" Azərbaycan Premyer Liqasının XXXI turunda doğma meydanında AZAL-a 1:0 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Bəhmən Həsənov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Birinci hissədə oyuna nəzarət edirdik. Rəqibin şanslarını sıfıra endirmişdik. AZAL-la bəzi futbolçularının oynamaması işimizə yaradı. İkinci hisdə də rəqib meydana daha bir hücumçu buraxmaqla işimizi çətinləşdirdi. Qarşıya qoyduğumuz məqsəd 3 xal qazanmaq idi ki, buna da nail olduq. Erkən qol vurmağı qarşımıza vəzifə qoymuşduq. Futbolçular tapşırıqları yerinə yetirdilər. Onlara təşəkkür edirəm. Bizim üçün önəmli olan 3 xal idi. 
 
- "Xəzər Lənkəran"la xalları yenidən bərabərləşdirdiniz. Premyer Liqada qalmaq şansınızı necə dəyərləndirirdiniz?

- Mən komandaya gələndə mqəsədimiz son pillədən qurtarmaq idi. Bəzi futbolçuların digər klublara keçməsi işimizi çətinləşdirdi. Sizlərə söz vermişdim ki, turnir cədvəlinin ortalarında yer alacağıq. Ancaq dediyim amil üzündən sözümü tuta bilmədim. "Xəzər Lənkəran"a baxmırıq. Mənə öz oyunum maraqlıdır. Aramızdakı xal fərqi aradan qalxıb. Gələcəkdə necə olacağını zaman göstərəcək.
 
- Əməkdar məşqçi adını almısınız. Bunu niyə gizli saxlalmasınız?

- Yox, belə deyil. "Əməkdar məşqçi" adı ilə bağlı sənədləri vermişəm. Buna layiqəm. 30 illik təcrübəm var. Uşaq futbolunda böyük təcrübəm var. Niyə bizdə çoxlu məşqçi yüksək dərəcəli olmasın? Mənə rəsmən təqdim olunmayıb. Bunu alandan sonra sizləri yığıb göstərəcəyəm. Mənə "Əməkdar məşqçi" yox, "Pro" kateqoriyası maraqlıdır. Onun dalınca düşmüşəm. Çünki "Əməkdar məşqçi" savad vermir. Futbolda çoxlu yetirməm var. Bir kostyum, bir köynək geyinərək Gənclər və İdman Nazirliyinə gedib alacağam.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail