Bombardir futbolçu "Qəbələ"də debütündən danışdı

25.04.2016 | 2083 dəfə oxunub

Premyer Liqasının XXXI turu “Qəbələ”nin gənc futbolçusu Ehtiram Şahverdiyev üçün əlamətdar olub.

Stadium.Az xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasınının 19 yaşlı yetirməsi əsas komandada debüt edib.

Əvəzedicilərin çempionatının ən yaxşı bombardiri “Xəzər Lənkəran”la səfər oyununun (1:0) 82-ci dəqiqəsində meydana çıxıb. Ehtiram debüt matçı haqda fikirlərini gabalafc.az-a açıqlayıb:

“Gənc oyunçu kimi əsas komandada debüt etməyim yaxşı oldu. Təbii ki, əvəzedici komanda ilə əsas heyət arasında fərq böyükdür. Burada təcrübəli oyunçularla birlikdə çıxış etdim. Buna çox sevinirəm. Əvvəlki qarşılaşmalarda da adım “18-liy”ə daxil edilsə də, debütüm məhz “Xəzər Lənkəran”la görüşdə gerçəkləşdi. Hər oyunda meydana çıxacağımı gözləyirdim. Məşqçi mənə bu oyunda şans verməyi lazım bildi. Oyun barədə onu deyə bilərəm ki, meydanda çox istəkli idim. Buna baxmayaraq, oynadığım qısa müddətdə topa toxunuşum da az oldu. Öz oyunumdan razı qalmadım. Bu, birinci oyun olması ilə bağlıdır. Qarşıdakı matçlarda daha yaxşı olacağını düşünürəm. Debüt matçında həyəcanlı olduğumu söyləməzdim. Var idisə də, çox az idi. Əvəzedici heyətdə çox oynadığımdan kifayət qədər praktikamın olması həyəcan keçirməməyimə kömək etdi. İndiki vəziyyətdə əsas komandada oynamağa hazıram. Şans versələr, qarşıdakı oyunlarda da komandaya əlimdən gələn köməyi edə bilərəm. İstəyərdim ki, cari mövsümün sonunadək qol hesabımı da açım. 3 gündən sonra Azərbaycan kubokunun “Neftçi” ilə ilk oyununa çıxacağıq. Son iki matçda qalib gəlmişik. Komanda hazırda yaxşı durumdadır və Bakıdakı oyunda da qələbə qazana bilərik. Ümid edirəm ki, bu görüşdə də məşqçimiz mənə şans verər. Mən də bundan maksimum yararlanmağa çalışacağam”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



   
  O Q H M T-f X
1. Qarabağ 17 11 5 1 31-7 38  
2. Neftçi 16 7 6 3 23-12 27  
3. Keşlə 16 7 5 4 20-14 26  
4. Sumqayıt 17 6 4 7 21-23 22  
5. Zirə 17 5 5 7 20-29 20  
6. Sabah 17 5 4 8 19-23 19  
7. Səbail 17 5 3 9 14-26 18  
8. Qəbələ 17 3 4 10 18-32 13  
08.02Qarabağ 0-0Neftçi
08.02Sumqayıt 1-0Zirə
07.02Sabah 3-2Qəbələ
07.02Keşlə 0-1Səbail
15.02Zirə -Qarabağ
15.02Sumqayıt -Sabah
16.02Neftçi -Keşlə
16.02Səbail -Qəbələ