Abdulbari Gözəl: "Çalışırıq nəyin bahasına olursa-olsun, klubu zəiflətməyək" - MÜSAHİBƏ

26.04.2016 | 4684 dəfə oxunub

“Qarabağ”ın fəxri-prezidenti Abdolbari Gözəlin müsahibəsini təqdim edirik:

- Vaxtilə “Qarabağ”ın prezidenti idiniz, sonra fəxri-prezident oldunuz. Abdolbari bəy bu iki dövr arasında klubda hansı dəyişikliyi hiss etdi?

- Heç bir dəyişiklik olmadı. Çünki oğlum Tahir bu işlə məşğul olur. Mənə, onsuz da, hörmət əlaməti olaraq fəxri-prezident deyirlər. Tahir özü prezidentdi, mənim oğlumdu. Hədəfimiz eynidi, fərq eləmir. “Azərsun” “Qarabağ”ı böyüdüb bu səviyyəyə gətirib. Bundan sonra da dəstəyini davam etdirəcək.

- “Qarabağ” ardıcıl 3-cü ildi çempionluğa çox yaxındı. Komandanın gələcəyini necə görürsünüz?

- Bilirsiniz, qədim bir məsəl var: daş dığırlanar, öz yerini tapar. Klubun məşqçisi də, onun heyəti də uğura inanmış fəlsəfə insanlarıdı. Onlar özündənrazı adamlar deyil. Qurban Qurbanovun necə təvazökar olduğuna fikir verin. Normalda komanda qələbələr qazandıqca baş məşqçi özünə yer tapmır, yerə-göyə sığmır. Amma baxın, Qurban müəllimdə belə hallar olurmu? O, daha çox xidmət eləməyi düşünür. Bu cür insanlarla çalışmaq bizim fəlsəfəmizə tam uyğundu. Elələri var ki, yaxşı futbol oynayırlar, ancaq onlarda insani fəlsəfə, məntiq olmur. Klubda bunu tuta bilmirlər. İstər meydanda, istərsə də kənarda hər şeyi pozurlar. “Qarabağ”ın bir ahəngdə oynaması avropalıları da təəccübləndirir. Burda “mən” yox, “biz” var. Müvəffəqiyyətimizin əsas səbəbi də budu.

- Sizcə, “Qarabağ” bu il Çempionlar Liqasının qrup mərhələsinə düşə biləcəkmi?

- İnşallah. Bu barədə düşünürük, arzu edirik. Bu, hamımızın xəyalıdı. Amma asan da deyil. Çünki orda iştirak edən klublar illərdi böyük büdcələrlə oynayır, külli miqdarda pullar xərcləyirlər. Bizim bu büdcə ilə gedib onlarla savaşmağımız belə, bir şərəfdi.

- Bu mövsüm Azərbaycan çempionatında “Qarabağ”ın rəqibi yoxdu. Komandanın bu üzdən rahat çempion olduğu deyilir. Buna münasibətiniz maraqlı olar...

- Niyə, komandalar pis deyillər. Bəziləri zəifləyib, bəziləri də güclənib. “Qəbələ”, “Zirə”, “Kəpəz” çox inkişaf ediblər. “Qarabağ”ın beynəlxalq arenada oynaması ona əlavə üstünlük verir. Yerli komandalar üçün də “Qarabağ” bir Avropa klubudu. Hamısı canla-başla çalışır ki, “Qarabağ”a qol vursun, şərəf olsun. Bir sözlə, “Qarabağ” da onların Avropasıdı.

- Transferlər üçün xərcləri artıracaqsınız, yoxsa indiki komanda sizi qane edir?

- Hələ ki, büdcəni azaltmamışıq. Çalışırıq nəyin bahasına olursa-olsun, klubu zəiflətməyək. “Qarabağ” təkcə bir futbol klubu deyil. Bu komanda Qarabağın adını daşıyır. Bəlkə bir gün torpaqlar azad olsa, bunun bir mənası olar. Amma bu gün “Qarabağ” zəifləməməlidi. Bu komandanı sona qədər dəstəkləyəcəyik. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail