Rahid Əmirquliyev Almaniyaya gedir

27.04.2016 | 3524 dəfə oxunub

“Qarabağ”ın və Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyev gələn ay ölkəni tərk edəcək. Stadium.Az xəbər evrir ki, bir müddətdi zədədən əziyyət çəkən təcrübəli futbolçu növbəti dəfə müayinədən keçmək üçün Almaniyaya yollanacaq.

Mayın 2-də Münhen şəhərinə yola düşəcək Əmirquliyev 3 həftə orda qalacaq. Məlumatı əməkdaşımızla söhbətində Rahid özü də təsdiqləyib.

O bildirib ki, yaşıl meydanlara qayıdışı iyunun əvvəllərinə təsadüf edəcək: “Müalicəmi davam etdirirəm. Gələn ay Almaniyaya gedəcəm. Əslində, aprelin 25-də yollanmalı idim. Amma Almaniyada bayramla əlaqədar, klinika 1 həftə işləməyəcək. Buna görə də, səfərimi maya saxlamalı oldum. Orda tibbi müayinədən keçəcək, həkim növbəti dəfə baxacaq. Bundan sonra isə reabilitasiya məşqlərinə start verəcəm. 3 həftə Almaniyada qaldıqdan sonra Bakıya qayıdacam. Cari mövsümü bağladığımı bilirsiz. Qayıdışım isə iyunun əvvəlində baş tutacaq. İnşallah, “Qarabağ”ın yay toplanışına kimi hazır olacam”.

“Qarabağ”a keçdikdən sonra 2 dəfə zədələnən Rahid Əmirquliyev Ağdam klubunun heyətində ümumilikdə 3 oyunda iştirak edib. apasport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail