"Qəbələ"dən gümüş medal

30.04.2016 | 3079 dəfə oxunub

AFFA-nın aşağı yaş qrupları üzrə komandalar arasında təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib. Stadium.Az xəbər verir ki, 

“Qəbələ”nin U-19 komandasının “Bakı” ilə qarşılaşması rəqib matça gəlmədiyindən baş tutmayıb. Bu matçla bağlı qərarı AFFA-nın İntizam Komitəsi verəcək. 
“Qırmızı-qaralar” 18 oyundan sonra 49 xalla 2-ci pillədə qərarlaşıb. Bakcell U-17 Liqasına yekun vurulub. “Qırmızı-qaralar” “İnter”lə son turun səfər oyununda 3:1 hesabı ilə qalib gəlib. 26 matçda 63 xal toplayan “Qəbələ” 2-ci pilləni tutub. Komandanın hücumçusu Cavidan Qasımlı 21 qolla bombardirlər yarışında 3-cü olub.

Çempionluğu mövsüm başa çatmamış rəsmiləşdirən U-15 də son matçını keçirib. “Qəbələ” səfərdə “Rəvan”ın qapısına 11 cavabsız qol vurub. Bununla da “qırmızı-qaralar” çempionatı 100 xalla bitirib. 34 oyunda 33 qələbə qazanıb, 1 heç-heçə edən komanda 155 qol vurub, 13-nü buraxıb.
Zona yarışlarında uğurla çıxış etmiş U-14, U-12, U-11 və U-10 komandaları isə final mərhələsində mübarizəni davam etdirib. U-11 1/8 finalda Siyəzən UGİM-inə 2 dəfə qalib gəlib – 8:3, 1:0. U-12 isə 1/4 finala “Füzuli” üzərində qələbələrlə yüksəlib – 10:2, 3:0. U-14 Liqasında isə 1/4 finalın ilk oyunu keçirilib. Komanda “Vətən” RİOEUG-la ev oyununda 3:0 hesabı ilə qalib gəlib.

U-10 isə artıq yarımfinaldadır. “Qırmızı-qaralar” 1/4 finalın İOEUGİM (Sumqayıt) ilə oyunlarında səfərdə daha çox qol vurduğu üçün qalib gəlib – 1:1, 2:2. U-19 Qızlar Liqasında çıxış edən “Qəbələ” XVI turda “Neftçi”yə 2:3, XVII turda “Fidan”a 0:6 hesabı ilə uduzub. Hesabında 17 xal olan komanda 5-ci pillədə qərarlaşıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail