Çempion "Qarabağ"...

01.05.2016 | 2936 dəfə oxunub

Premyer Liqasının 2015/16 mövsümünün qalibi müəyyənləşib. XXXII turun “Zirə” ilə səfər oyununda turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edən “Qarabağ” xal hesabını 75-ə çatdırıb. Sona 4 tur qalmış liderlə debütant arasında fərq 15-ə yüksəldiyindən Ağdam təmsilçisi digər komandalar üçün əlçatmaz olub.

Bununla da Qurban Qurbanovun yetirmələri son 4 turun nəticəsindən asılı olmayaraq qızıl medallara sahib çıxıb. 2013/14 və 2014/15 mövsümlərində də çempion tituluna yiyələnən “Qarabağ” ardıcıl 3-cü dəfə ölkənin ən yaxşısı olmaqla “Neftçi”nin rekordunu təkrarlayıb.

Belə ki, əyalət təmsilçisinə qədər yalnız “ağ-qaralar” ardıcıl 3 dəfə çempion olmağı bacarmışdı. Bakılılar 2010/11, 2011/12 və 2012/13 mövsümlərində hamını qabaqlayıb.

Ümumi çempionluq sayında 4-ə çatan “Qarabağ” 3 dəfə qızıl medal qazanan “Kəpəz”i arxada qoyub.  Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 8 dəfə. Bu 3 komandadan başqa “İnter”, “Bakı” və “Şəmkir” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” isə hərəyə 1 dəfə bu titula yiyələnib.

Azərbaycan çempionatının qalibləri

1992. “Neftçi” Bakı

1993. “Qarabağ” Ağdam

1993/94. “Turan” Tovuz

1994/95. “Kəpəz” Gəncə

1995/96. “Neftçi” Bakı

1996/97. “Neftçi” Bakı

1997/98. “Kəpəz” Gəncə

1998/99. “Kəpəz” Gəncə

1999/2000. “Şəmkir”

2000/01. “Şəmkir”

2001/02. yarımçıq qalıb

2003/04. “Neftçi” Bakı

2004/05. “Neftçi” Bakı

2005/06. “Bakı”

2006/07. “Xəzər-Lənkəran”

2007/08. “İnter” Bakı

2008/09. “Bakı”

 2009/10.  “İnter” Bakı

2010/11. “Neftçi” Bakı

2011/12. “Neftçi” Bakı

2012/13. “Neftçi” Bakı

2013/14.  "Qarabağ" Ağdam

2014/15.  "Qarabağ" Ağdam

2015/16.  "Qarabağ" Ağdam

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail