"Qəbələ" "Neftçi" üçün hazırlaşır

03.05.2016 | 3306 dəfə oxunub

Premyer Liqasının 32-ci turunun “Neftçi” ilə ev oyunundan (2:2) sonra məşqlərinə ara verməyən “Qəbələ” ötən gün hazırlığını davam etdirib. 

Stadium.Az xəbər evrir ki, günün ilk yarısında bir araya gələn “qırmızı-qaralar” iki qrupda hazırlıq keçib.
 
Çempionat oyununda meydana çıxanlar bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isə toplu çalışmalarla növbəti matça hazırlaşıblar. “Neftçi” ilə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununun hazırlığında yalnız Dodo və Sergey Zenyov komanda ilə çalışmayıb. Hər iki legioner fərdi hazırlıq keçib. Roman Qriqorçukun komandası mayın 4-də baş tutacaq matçın hazırlığını sabah yekunlaşdıracaq. Komanda günün ilk yarısında oyunöncəsi son məşqini gerçəkləşdirəcək.

Mayın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail