"Neftçi"nin bəyanatı: "Qarabağ"la oyunun baş hakimi dəyişdirilsin"

25.10.2011 | 5340 dəfə oxunub

"Neftçi" futbol klubu Premyer Liqanın 1-ci turundan təxirə salınan və bu gün keçiriləcək "Qarabağ"la oyun öncəsi bəyanat yayıb. Stadium.az həmin bəyanatı olduğu kimi təqdim edir:

"Son vaxtlar "Neftçi"nin iştirakı ilə keçirilmiş oyunların ətrafinda süni şəkildə xoşagəlməz  söz-söhbətlər yaradılır.  Komandanın qələbə qazandığı oyunlarda mütləq hakim səhvləri və qərəz axtarılır. "Neftçi" məğlub olduqda isə bu böhtanlar müvəqqəti də olsa səngiyir. Məhz elə hakim səhvləri ucbatından "Neftçi" bəzi oyunlarda xal itirdi. Təkcə son turda "Kəpəz"lə matçda qeydə alınmayan qolumuz buna bir daha sübutdur. Çempionluğa oynayan bir komanda üçün 1 xalın belə nə qədər böyük əhəmiyyət kəsb etməsindən danışmaq yersiz olar. 74 illik tarixi olan bir klubun yalançı uğurlara ehtiyacı yoxdur. İlk turdan təxirə salınmış "Neftçi" – "Qarabağ" görüşü başlamamışdan əvvəl süni şəkildə söz-söhbətlər yaradılır. Bütün bunlar klublar arasında olan dostluq münasibətlərinə xələl gətirməyə xidmət edir. Məhz "Neftçi" klubu futbolumüzu düşünərək, Azərbaycan təmsilçisinin avrokuboklardakı çıxışını nəzərə aldı və "Qarabağ"la görüşün təxirə salınmasına razılıq verdi. Bəziləri tərəfindən bu matça təyinat almış hakimin qərəzli qəbul edəcəyi ehtimal edilir. "Neftçi" klubu olaraq bəyan edirik ki, əgər futbolumuza ləkə gətirən belə şayiələr varsa, oyunun baş hakimi dəyişdirilsin. "Neftçi" klubu olaraq hətta məğlub olduğumuz qarşılaşmalarda belə ədalətin tərəfində olmuşuq. "Neftçi" bu günə qədər Azərbaycan futbolunun inkişafına xidmət edib və bundan sonra da edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail