Ölkə Kubokunun finalı Bakıda keçiriləcək - RƏSMİ

05.05.2016 | 3357 dəfə oxunub

Futbol üzrə Azərbaycan Kubokunun final matçı bölgədə keçirilməyəcək. Stadium.Az xəbər evrir ki, bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.


Onun sözlərinə görə, "Qarabağ"la "Neftçi" arasındakı qarşılaşma paytaxt stadionlarından birində təşkil olunacaq. R.Musayev stadionun adının mayın 6-da hər iki klubun nümayəndələri ilə görüşdən sonra açıqlanacağını bildirib: "Gəncə şəhər stadionunda süni işıqlandırma yoxdur. Bu halda gərək oyunu gündüzə təyin edək. Amma mayın sonlarında isti hava şəraitində orada günorta saatlarında oyunun keçirilməsi münasib deyil. Qəbələ şəhər stadionunda ötən il final görüşünü təşkil etmişik. Ona görə də matçın paytaxtdakı təbii örtüklü stadionlardan birində təşkili daha yaxşı olardı. Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlanır. Sabah klubları bir araya gətirib müzakirə aparacağıq və ən əlverişli qərarı qəbul edəcəyik".

PFL prezidenti final oyunu üçün münasib stadionların adlarını da çəkib. Onun sözlərinə görə, mövsümün son görüşü Bakı Olimpiya Stadionu və "Dalğa Arena" ilə yanaşı, "Bakcell Arena" və hətta "Əlincə Arena"da da keçirilə bilər. R.Musayev bildirib ki, "Bakcell Arena" "Neftçi"yə məxsus olsa da, "Qarabağ"ı da qane edər. "Əlincə Arena"nın isə tamaşaçı tutumu və şəraiti də belə məsul görüşün təşkili üçün əlverişlidir.
Qeyd edək ki, final matçı mayın 25-də keçiriləcək. 



  #1   Adınız: Murad;   E-mail: murad_gence [email protected]

07.05.2016 06:31

BU İşiqlandirma sistemini quraşdirmaq ne cetin bir
şeydirki??? Onlar quraşdirmir finali siz teşkil edirsiz siz
de quraşdirin...Ramin Musayev:finali bele teşkil etmirler...

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail