“Qarabağ” daha bir rekordunu təkrarladı

05.05.2016 | 3441 dəfə oxunub

Premyer Liqasında ardıcıl 9 qələbə ilə tarixinin rekordunu təkrarlayan Ağdamın “Qarabağ” klubu kubokda da eyni nailiyyətə imza atıb. Stadium.Az xəbər evrir ki, Qurban Qurbanovun yetirmələri özünün Azərbaycan kuboku tarixindəki ən uzun qələbə seriyasını təkrarlamağa nail olub.

İlk kubok yarışını buraxıb, 1993-cü ildə turnirdə debüt edən “ağ-göylər” 23 illik tarixdə ən yaxşı halda 6 qələbəlik seriyaya imza atmışdı. Bu seriya 1995-ci ilə təsadüf etmişdi. 1994/95 mövsümünü qələbə ilə başa vuran ağdamlılar 1995/96 mövsümünə 5 qələbə ilə başlamışdı. 21 ildən sonra həmin rekordu təkrarlayan “Qarabağ” cari mövsüm kubokda keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. Əyalət klubu seriyasına 2014/15 mövsümünün final matçından start verib. Həmin qarşılaşmada “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” cari kubok turnirinə “Şəmkir”lə 1/8 final oyunu ilə başlayıb – 2:0. 1/4 finalda “Sumqayıt”ı əvvəl 2:0, ardınca 4:1 yenən ağdamlılar  yarımfinalda “İnter”i 2 dəfə məğlub edib – 4:0, 1:0. “Ağ-göylər”in qalib gəlmədiyi son kubok oyunu ötən mövsümün yarımfinal mərhələsinə təsadüf edib. “Simurq”la cavab oyununda qapılara qol vurulmayıb.

Ölkə kubokunda ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur. Gəncəlilər 1993-95-ci illərdə ardıcıl 13 kubok qarşılaşmasında qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail