Şahin Diniyev: "Səfərdən qələbə ilə qayıtmaq borcumuzdu"

07.05.2016 | 3843 dəfə oxunub

“Kərim Diniyevin cəzasını başa vurub komandaya kömək edə bilməsi xeyrimizədi. Bilirsiz ki, hər tur futbolçularımızdan kimsə cəza və ya zədəyə görə oyunu buraxmaq məcburiyyətində qalır”. Stadium.Az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

Gəncə təmsilçisi Premyer Liqanın XXXIII turu çərçivəsində bu gün “Xəzər Lənkəran”la qarşılaşacaq. Dünən son məşqini matçın baş tutacağı Lənkəran stadionunda keçən “Kəpəz”də yalnız zədəli Ceyhun Cavadov səfərə aparılmayıb.

Görüşlə bağlı klubun rəsmi saytına danışan Şahin Diniyev məqsədlərinin qələbə qazanmaq olduğunu söyləyib: “Xəzər Lənkəran”ın turnir cədvəlində mövqeyi yaxşı deyil. Onlara da xal çox lazımdı. Səfərdən qələbə ilə qayıtmaq borcumuzdu. Bura kimi gəlmişiksə, bütün gücümüzü meydanda qoymalıyıq. Amma bizə asan olmayacaq. Rəqib son vaxtlar qələbə qazanmasa belə, qələbəyə layiq oyun nümayiş etdirir. Şanslar bərabərdi. Lənkəranlılarla oyundan sonra bizi daha ağır yarış qrafiki gözləyir”.

“Xəzər Lənkəran” – “Kəpəz” oyunu saat 16:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail