"Qarabağ" Avropanın 212-ci klubudur

07.05.2016 | 3656 dəfə oxunub

Avropa klublarının aprel ayı üçün reytinq siyahısı açıqlanıb. Stadium.Az xəbər verir ki, Avropa ölkələrində yüksək liqa komandalarının hamısının yer aldığı cədvəldə Topaz Premyer Liqasının 10 iştirakçısı da var.

708 klubun adının olduğu siyahıda ən yüksək göstəriciyə malik Azərbaycan komandası yenə “Qarabağ”dı. Son aylar irəliləməkdə olan ağdamlılar bu dəfə 12 pilləlik sıçrayış ediblər. Qurban Qurbanovun kollektivi bunun sayəsində ikinci “100-lüy” ə daxil olub.

Komandalarımızdan 5-i reytinqdə irəliləyib. “Qarabağ”la yanaşı, “Qəbələ”, “Zirə”, “Kəpəz” və “Rəvan” da irəliləyişə nail olub. AZAL ötən aykı mövqeyini qoruyubsa, “İnter”, “Neftçi”, “Sumqayıt” və “Xəzər Lənkəran”da geriləmə müşahidə olunub.

Premyer Liqadakı klublar:

200 (212) “Qarabağ” – 1952 xal (+36)

294 (291) “İnter” – 1623 (-21)

339 (345) “Qəbələ” – 1508 (+6)

376 (370) “Neftçi” – 1406 (-23)

390 (390) AZAL – 1358 (-2)

399 (408) “Zirə” – 1332 (+36)

419 (423) “Kəpəz” – 1270 (+23)

449 (441) “Sumqayıt” – 1182 (-30)

495 (478) “Xəzər Lənkəran” – 1060 (-53)

529 (535) “Rəvan” – 955 (+29)

Qeyd: birinci mötərizə komandaların ötən reytinqdəki yerini, ikinci mötərizə isə son reytinqdən indiyə qədər topladıqları (və ya itirdikləri) xal sayını bildirir.

Siyahıya yenə “Barselona” başçılıq edir. Kataloniyalılar bir ay ərzində 148 reytinq xalı itirmələrinə baxmayaraq, hələ də zirvəni heç kimə verməyiblər. “Real”, “Bavariya” və “Atletiko” bu dəfə də müvafiq olaraq, 2-4-cü pillələrdə qərarlaşıblar.

İlk “10-luq”da PSJ ilə “Yuventus” yerlərini dəyişiblər. “Mançester Siti” 2 pillə geriləyərək 10-yerdə qərar tutub. Avropa Liqasının finalına vəsiqə qazanan “Sevilya” ilk “10-luğ”u tərk edib. Onun əvəzinə bura “Benfika” daxil olub.

İlk “onluq”:

1. “Barselona” (İspaniya) – 4418 xal

2. “Real” (İspaniya) – 4380

3. “Bavariya” (Almaniya) – 4077

4. “Atletiko” (İspaniya) – 4002

5. “Yuventus” (İtaliya) – 3825

6. PSJ (Fransa) – 3795

7. “Borussiya” (Dortmund, Almaniya) – 3573

8. “Mançester Siti” (İngiltərə) – 3406

9. “Arsenal” (İngiltərə) – 3329

10. “Benfika” (Portuqaliya) - 3320

Türkiyə klublarından ən yaxşı göstəriciyə malik olan “Fənərbaxça” (2869) 2 pillə irəliləyərək, 35-ci yerə yüksəlib. “Beşiktaş” 52-ci (2644 xal), “Qalatasaray” isə 79-cu (2431) yerdə qərarlaşıb. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail