Roman Qriqorçuk: "Futbolçularla sərt danışmağa ehtiyac yoxdur"

07.05.2016 | 3473 dəfə oxunub

“Zirə” ilə görüşdə yaxşı oynadıq və 3 qol da vurduq. Bu mövsümdə 10-a yaxın matçda bundan iki dəfə yaxşı oynasaq da, qələbə qazanmamışıq. Arxada qalan matçlarımızda belə təzadlar olub. Lakin təzad ifadəsi bugünkü matça aid deyil. Bu dəfə qol imkanlarından yararlanmağın dəyərini gördük. Qollar vuruldu və nəticədə də qalib gəldik". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 33-cü turunda səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. 
  
Rəqibə hörmətlə yanaşdığını bildirən ukraynalı mütəxəssis ölkə kubokunun finalına yüksələ bilməmələrinin səbəblərindən danışıb: "Rəqibin oyununu dəyərləndirə bilmərəm. Bu komandaya hörmətlə yanaşdığımı söyləyərdim. “Neftçi” ilə kubokdakı qarşılaşmadan sonra futbolçularla sakit tərzdə söhbət etdim. Həmin matçda pis oynamamışdıq. Xeyli qol imkanlarımız olsa da, onlardan istifadə edə bilmədik. Həm də yarımfinalın ilk görüşündə hakimlər də bizə mane oldu. Bunlar da finala çıxmamağımızın səbəbləridir. 

Əgər biz yaxşı oynamışıqsa, futbolçularla sərt danışmağa ehtiyac yoxdur. İki kubok matçında qol vura bilmədiyimiz 10 epizod yaratdıq. Futbolda belə hallar olur. Bilirik ki, ustalıq səviyyəsini qaldırmalıyıq. Həmin matçlardan sonra futbolçularımı tərifləyib, istədiyimə yaxın oynadıqlarını dedim. Hücumları məntiqi sonluğa çatdırmağın üzərində isə hələ çalışmalıyıq”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail