"Xəzər Lənkəran"ın yeni baş məşqçisi bəlli oldu

08.05.2016 | 5683 dəfə oxunub

"Xəzər Lənkəran" futbol klubunun rəhbərliyi Elbrus Məmmədovun baş məşqçi postundan istefasını qəbul edib. Stadium.Az xəbər xəbər verir ki, klub E.Məmmədovun "Kəpəz"lə Azərbaycan Premyer Liqasının XXXIII tur qarşılaşmasından sonra istefada israrlı olmasından sonra onun gedişinə razılıq verib.

Bununla belə, mövsümün sonuna cəmi 3 tur qalmış atılan addım klub rəsmiləri üçün də gözlənilməz olub. Artıq 4 gündən sonra - mayın 11-də klubu "İnter"lə çətin səfər matçı gözləyir. Bu səbəbdən, baş məşqçi səlahiyyətləri Ağadadaş Həmidova tapşırılıb. 

Komandanı sabahkı məşqə çıxaracaq A.Həmidov bu təyinatadək köməkçi-məşqçi kimi çalışıb. O, Azərbaycanın müstəqil çempionatı keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi "Xəzər"in baş məşqçisi olub. Amma hazırkı "Xəzər Lənkəran"ın həmin "Xəzər"lə hüquqi bağlılığı yoxdur. 

"Xəzər Lənkəran" hazırda 14 xalla 9-cu pillədə qərarlaşıb. (Report)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail