“Neftçala” ölkə futbolu tarixinə düşdü

09.05.2016 | 3274 dəfə oxunub

Futbol üzrə Azərbaycan birinci divizionda çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edən “Neftçala” ölkə futbolu tarixinə düşüb. 

Stadium.Az xəbər verir ki, əyalət klubu aşağı divizionda 2 dəfə qalib adını qazanan ilk və yeganə komandadır.
 
1992-ci ildən keçirilən yarışda indiyədək 21 dəfə çempion müəyyənləşib. Bu titula 20 komanda layiq görülüb. Ötən il çempion olub, Premyer Liqaya çıxış üçün lisenziya ala bilməyən neftçalalılar yenidən mübarizə apardığı I divizionda titulunu qoruya bilib. Onlara qədər fasilələrlə də aşağı dəstədə çıxış edənlərin heç biri iki çempionluq qazanmayıb. 

Xatırladaq ki, 1993/94 mövsümündə I dəstə 3 qrupda keçirilib və final mərhələsi iki “üçlük”də baş tutub. Amma bu mərhələnin qalibi olan “Zabrat” (Bakı) ilə “Azneftyağ” (Bakı) arasında çempionluq uğrunda matç keçirilməyib. 1997/98 və 1998/99 mövsümlərində ümumiyyətlə I dəstə olmayıbsa, 2002/03 mövsümündə Azərbaycanda çempionat baş tutmayıb.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail