"Neftçi"dən 700-cü "ev" qolu

09.05.2016 | 3580 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXXIII turunun AZAL-la ev oyunu “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub. Stadium.Az xəbər evrir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində öz meydanında keçirdiyi qarşılaşmalarda 700-cü qolu vurub. Bu görüşədək 338 ev oyununda 698 dəfə rəqib qapılarına yol tapan “ağ-qaralar”ın paytaxt derbisindəki 2-ci qolu yubiley xarakteri daşıyıb. “Neftçi”nin öz meydanındakı 700-cü qolunun müəllifi komandanın kapitanı Araz Abdullayev olub. AZAL-a 3:1 hesabı ilə qalib gələn “ağ-qaralar” qol sayını 701-ə də çatdırıb. Öz meydanında hamıdan çox qol vuran bakılılar 329 matçda 221 qələbə qazanıb, 76 heç-heçə edib və 42 dəfə uduzub. “Neftçi”nin öz meydanındakı top fərqi 701-209-du.

Bu qol Abdullayevin özü üçün də əlamətdar olub. Yarımmüdafiəçi “Neftçi”nin heyətində 30-cu qolunu vurub. Ölkə çempionatında 23 dəfə fərqlənən Araz avrokuboklarda 3, Azərbaycan kubokunda 4 qolun sevincini yaşayıb.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail