13-cü stadion, 11-ci hakim

09.05.2016 | 3340 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XXXIII turu iki ilklə əlamətdar olub. Stadium.Az xəbər evrir ki, çempionat tarixində ilk dəfə oyunlardan biri “Əlincə Arena”da keçirilib. Masazırdakı stadion cari mövsümdə Premyer Liqa matçını qəbul edib. “Neftçi” – AZAL matçının (3:1) qarşılaşmasının keçirildiyi arena bu mövsüm çempionatda istifadə olunan 13-cü stadiondur. 33 turun 165 matçında daha çox qarşılaşma “İnter Arena”da keçirilib – 19. Qəbələ şəhər stadionu, “Xəzər Lənkəran” mərkəzi stadionu və “Bayıl Arena”nın hərəsi 17, Zirə idman Kompleksi, Gəncə şəhər stadionu hərəsi 16, “Kapital Bank Arena” 15 matçı qəbul edib. “Bakcell Arena” və “AZAL Arena” hərəyə 14, “Azərsun Arena” 13 matça ev sahibliyi edibsə, “Dalğa Arena”da 4, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 2, “Əlincə Arena”da 1 qarşılaşma baş tutub.

“Qarabağ”ın “Sumqayıt”la görüşünü (1:0) idarə edən Rövşən Rəcəbov da Premyer Liqada debüt edib. Karyerasında ilk belə matça çıxan gənc ədalət təmsilçisi cari mövsüm çempionat oyunu idarə edən 11-ci hakimdir. Əvvəlki 32 turda yalnız 10 referiyə Topaz Premyer Liqasının matçı həvalə edilmişdi. 165 görüşdə Rəhim Həsənov hamıdan çox – 24 oyun idarə edib. Ömər Paşayev 21, Əliyar Ağayev 20, Fariz Yusifovla Rauf Cabbarov hərəyə 17, Orxan Məmmədov 16, Ramil Diniyev 14, Elvin Əsgərov 13, Rəvan Həmzəzadə 12, İnqilab Məmmədov 10, Rövşən Rəcəbov 1 matçın baş hakimi olub.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail