Şahin Diniyev: "3 xalı biz rəqibə hədiyyət etdik"

11.05.2016 | 2964 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 34-cü turunun oyununda “Kəpəz” doğma meydanda “Neftçi”yə 2:1 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Şahin Diniyev matçla bağlı belə danışıb:
“Mənə elə gəlir ki, bu gün üç xalı biz rəqibə hədiyyət etdik. Birinci hissə meydandakı “Kəpəz” fasilədən sonra başqa komanda idi. Səbəb axtarmıram, çox şey tapmaq olar. İkinci yarıda komanda dayandı. Junior Osvaldonun meydandan çıxması da oyunumuza təsir etdi. Bir neçə futbolçumuz zədəli olduğundan meydana iynəli çıxmışdı. Ona görə tempi saxlamaq çətin idi. Tez qol buraxdıq, irəli atılıb hesabı dəyişməyə çalışdıq, amma alınmadı. İrəli baxmaq lazımdır, qarşıdakı iki oyunu uğurla baş vurmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir. Güclənib bu yarışa ciddi hazırlaşmalıyıq. Artıq harada çatışmazlığın olduğunu bilirik. Bunun üzərində işləməliyik. Üzülmək, başıaşağı durmaq üçün səbəb yoxdur. Futboldu, uda da bilərsən, uduza da. Gəlin unutmayaq ki, bu heyət “Kəpəz”i Avroliqaya çıxarıb”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail