Namiq Ələsgərov "Qarabağ"a qayıdır

14.05.2016 | 3362 dəfə oxunub

"Komandanın gələcək planları haqda düşünürəm. Düzdür, komandadan gedənlərə ağır olacaq. Amma güclənmək üçün heyətə mütləq yeni futbolçular cəlb olunmalıdır".

Stadium.Az xəbər verir ki, bunu açıqlamasında Gəncənin "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.

Avrokuboklara vəsiqəni təmin etmiş komandanın baş məşqçisi yeni transferlər, büdcə və digər məsələlərlə bağlı müzakirələr aparmaq üçün klub rəhbərliyi ilə görüşəcəyini bildirib: "Bu məsələlərin planını qururam. "Zirə" ilə oyundan sonra, mayın 16-da rəhbərliklə görüşüm olacaq. İkinci görüş isə ayın 20-nə planlaşdırılıb. İkinci görüş geniş tərkibli olacaq və bütün məsələlər müzakirə olunacaq. Mən raportumu təqdim edəcəm. Bundan sonra transfer və büdcə məsələlərinə aydınlıq gələcək. Transfer məsələsində ulduz oyunçulara yox, ulduz olmaq istəyən futbolçulara, gənclərə üstünlük verəcəyik".

Ş.Diniyev hazırda komandada icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Namiq Ələsgərovun məsələsinə də aydınlıq gətirib: "Namiqlə bağlı Qurban Qurbanovla danışığımız olub. Bunu gizlətməyin mənası yoxdur. Sizin vasitənizlə Qurban müəllimə təşəkkür edirəm. O, Namiqi yeni mövsümdən "Qarabağ"da görmək istədiyini bildirib. Namiq "Qarabağ"a qayıdacaq".

50 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXV turunda "Zirə" ilə keçiriləcək oyundan da danışıb: "Son iki oyun daha vacibdir. Komanda olaraq qarşımıza qoyulan hədəfə maksimum şəkildə çatdıq. Mövsümün əvvəlində kimsə desəydi ki, "Kəpəz" avrokuboklara vəsiqə qazanacaq, inandırıcı görünməzdi. Az güclə, büdcə ilə buna nail olduq. İndiki hədəfimiz isə bütün gücümüzü ortaya qoyub mövsümü mükafatçılar sırasında başa vurmaqdır. "Zirə" ilə oyuna gəlincə, Tərlan Quliyev ötən tur qırmızı vərəqə aldığından meydana çıxmayacaq. Ceyhun Cavadov isə zədəsini sağaldıb və komanda ilə birgə məşq edir. Onun adı 18-likdə olacaq. Junior Osvaldo "Neftçi" ilə oyunun ilk hissəsində əzələlərində ağrı hiss etdiyindən əvəz olundu. Onun oynayıb-oynamayacağına həkimlər qərar verəcək". (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail