Bonilya: "Menecerim mənə "Partizan" barədə heç bir söz söyləməyib"

14.05.2016 | 4308 dəfə oxunub

"Zirə"nin hücumçusu Nelson Bonilya Serbiyanın "Partizan" klubuna keçəcəyi barədə yayılan son xəbərlərə münasibət bildirib.

Stadium.Az xəbər verir ki, o, bunları söyləyib:

"Partizan"ın mənimlə maraqlandığı barədə xəbərləri özüm də oxumuşam. Düzünü deyim ki, bunu qəzetdə görmüşdüm. Mətbuatda çox geniş yayıdığını düşünməmişdim. Əslində isə menecerim mənə "Partizan" barədə heç bir söz söyləməyib. Yəqin belə bir şey olsaydı, menecerim mənə bu barədə danışardı. Əlbəttə, futbol elə bir sahədir ki, hər an nəsə dəyişə bilər. Futbolçu istənilən komandada peyda ola bilər. Amma Serbiya klubunun mənimlə maraqlanması barədə heç nə bilmirəm".

Bonilya transfer dedi-qodularından danışarkən ona ən çox verilən sualı da dilə gətirib: "Azərbaycan xoşuma gəlir. "Zirə"də oynamaq xoşdur. Amma mənə bir şey maraqlıdır: niyə hər dəfə məndən "Qarabağ"a keçib-keçməyəcəyimi soruşurlar. Bu komandada mənsiz də yaxşı hücumçular var".

Salvadorlu futbolçu ölkəsinin yığma komandasının qarşıdakı Peru və Ermənistanla yoxlama oyunları barədə də söz açıb: "Öncə Peru, daha sonra isə Ermənistan yığması ilə qarşılaşacağıq. Oyunlar Los-Ancelesdə keçirilməlidir. Azərbaycan və Ermənistan arasında münaqişə olmasından xəbərim var. Amma bu, siyasətdir və ona qarışmaq istəmirəm. Mən sadəcə, komandamın bu oyunlarda qələbə qazanması üçün əlimdən gələni edəcəyəm". (Azerisport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail