Cavid Hüseynovun növbəti məhkəməsi keçirildi

16.05.2016 | 3622 dəfə oxunub

Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən  futbolçu Cavid Hüseynovun məhkəməsi davam edib.
 
Stadium.Az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Cavid Hüseynovun vəkili Adəm Məmmədov müdafiə çıxışı edib. O çıxışında Cavid Hüseynova bəraət hökmünün çıxarılmasını istəyib: "Məhkəmə istintaqı dövründə də məlum oldu ki, Cavidin heç bir günahı yoxdur.  Bu adam hadisəni KİV-dən eşidib. Rasimlə də danışıb. Söhbətin həll olunduğunu deyib. Elşənə də dəfələrlə məsələnin bağlandığını, Rasimlə görüşməməyi deyib. Cavid Hüseynov barəsində bəraət hökmü çıxarılmalıdır".

 Növbəti proses mayın 25-də keçiriləcək. Prosesdə C.Hüseynov son sözlə çıxış edəcək.
 
Xatırladaq ki, ötən proses prokuror Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail