"Neftçala"nın prezidenti: "Klub fəaliyyətini dayandıra da bilər"

19.05.2016 | 3316 dəfə oxunub

"Maliyyə məsələləri ilə klubun sponsoru məşğul olur. Bu dəqiqə üçün hər şey qaydasındadır".

Stadium.Az xəbər verir ki, bunu  futbol üzrə Azərbaycan I Divizionunun qalibi "Neftçala" klubunun prezidenti Famil Səfiyev deyib.

F.Səfiyev rəhbərlik etdiyi klubun yeni mövsümdən Premyer Liqada iştirak etməsi üçün lisenziya işlərinin tamamlanmaq üzrə olduğunu bildirib:

"Lisenziya ilə bağlı heç bir problem olmayacaq. Sabah heç kim deyə bilməyəcək ki, "Neftçala" lisenziya tələblərinin hansınasa cavab vermir. Artıq işlərin 90 faizi həll olunub. Digər məsələlərin həlli üçün mayın 26-dək vaxt istəmişik. Müəyyən problemlər var ki, bu müddətə qədər həll edəcəyik. Maliyyə məsələləri də həllini tapacaq. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə, büdcənin artıb-artmayacağı klubdaxili məsələ olduğundan, bu haqda məlumat verə bilməyəcəyəm".

Klub prezidenti komandasının elitada iştirak etməyəcəyi təqdirdə, maraqlı hadisələrin baş verə biləcəyini söyləyib: "AFFA və PFL komandanın elitada çıxış etməsi üçün yardımlarını əsirgəmir. Üstəlik Premyer Liqada oynayan bir neçə komanda var ki, heç də onlardan əksik deyilik. Liqaya yüksələ bilməsək, maraqlı olaylar ola bilər. Klub fəaliyyətini dayandıra da bilər, divizionda oynamağa davam da edə bilərik. Klubun fəaliyyət göstərib-göstərməyəcəyi qarşıdakı aylarda bilinəcək". (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail