"Qismət olsa, bir də belə "Rəvan" görməyəcəksiniz"

20.05.2016 | 5442 dəfə oxunub

"Rəvan" Azərbaycan Premyer Liqasının son turunda "Xəzər Lənkəran"la 2:2 hesablı heçm-heçə edərək Premyer Liqada qaldı. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Bəhmən Həsənov matç barədə danışıb:

"Uzun bir yol keçdik. Futbolçularımız əzmkarlıq göstərdilər. 0:2 hesabı ilə geridə olduğumuz halda, 1 xal qazana bildik. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Onları təbrik edirəm. Qismət olsa, bir də belə "Rəvan" görməyəcəksiniz. Daha baxımlı oyun sərgiləyən, daha iddialı klub görəcəksiniz. Çox sevincliyəm. Deyiləsi sözüm yoxdu. Bu, bizim son şansımız idi. 

İnanın ki, çox əsəbi idim. Penalti epizodunu görə bilmədim. Amma tirdən dönən qolumuz da sayılmadı. Top qapı xəttini keçmişdi. Nə edəcəyimi bilmirdim. Bilsəydim ki, Premyer Liqada oynamayacağıq, bu oyuna gəlməzdim. Mənə rəhbərlik tapşırıq verib ki, növbəti mövsüm üçün heyəti hazırlayım. Mən də demək olar ki, 80 faiz heyəti formalaşdırmışam. Yasin Həmidlə də 1 illik sözləşmə imzaladıq. Yəqin Premyer Liqada oynamaq ümidimiz olmasaydı, belə tapşırıq almazdım. Biz öz oyunumuzla elitada qalmaq istəyirdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail