Şahin Diniyev: “Mövsümün sonu olduğu üçün artıq güclər tükənirdi"

21.05.2016 | 3943 dəfə oxunub

"Kəpəz" Azərbaycan Premyer Liqasının son turunda doğma meydanda "Qəbələ"yə 1:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev matçdan sonra görüş barədə danışıb: 

“Mövsümün sonu olduğu üçün artıq güclər tükənirdi. Amma komanda çıxıb oyununu göstərdi. Heç vaxt məğlubiyyətə səbəb axtarmamışam. Hücumameylli iki aparıcı futbolçunun olmaması oyunumuza böyük təsir etdi. Hücumların quruluşunda problemlərimiz vardı. Heyətimizin kasad olması da təsirsiz ötüşmür. Uşaqlara mövsüm ərzində göstərdikləri oyuna və nəticəyə görə təşəkkür edirəm. Bu gün son oyun olmasına baxmayaraq meydanda mübarizə apardılar. Belə futbolçularla işlədiyimə görə xoşbəxtəm. Sıfırdan komanda yaratdıq, çətin də olsa da, istəyimizi həyata keçirə bildik. 

Mövsümün əvvəlində yekunda Avropa Liqasına düşəcəyimizi gözləməzdim. Təcrübəsizlikdən çox xallar itirdik. Avroliqada layiqincə iştirak etməyə çalışacağıq”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail