Biabırçılıq: AFFA və PFL "Xəzər Lənkəran"ı hakimlə "vurdu" VİDEO

21.05.2016 | 7940 dəfə oxunub

Ötən gün Azərbaycan Premyer Liqasında mövsümə yekun vuruldu. Stadium.Az xəbər verir ki, mövsümün son turunda eyni xala malik olan çempionatın autsayderləri “Rəvan”la “Xəzər Lənkəran” Bakıda üz-üzə gəldi. Lənkəran klubu Premyer Liqada sonuncu olmamaq üçün mütləq qələbə qazanmalıydı. “Rəvan”a isə bərabərlikdə sərf edirdi.

“Xəzər Lənkəran” 2 cavabsız qolla hesabda önə keçsə də, üstünlüyünü qoruya bilmədi. Oyunun 72-ci dəqiqəsində hesab 1:2 olarkən səhnəyə görüşün baş hakimi Ramil Diniyev çıxdı. Hakimlər Komitəsnin sədri Xaqani Məmmədovun sevimlilərindən olan və gələcəyinə böyük ümidlər bəslədiyi Ramil Diniyev hətta kor adamın belə etməyəcəyi bir səhvi etdi. Belə ki, “Rəvan”ın futbolçusu Ruslan Tağızadə cərimə meydançasına daxil olaraq özünü aşkar şəkildə “Xəzər Lənkəran”lı futbolçuya çırpır. Maraqlıdır ki, bunlar düz referinin gözü önündə baş verirdi. Sanki hakim özü tapşırıq veribmiş ki, “siz cərimə meydançasında özünüzü yerə çırpın, penalti mənlikdi” deyibmiş. Məhz bu penalti ilə “Rəvan” hesabı bərabərləşdirərək “Xəzər Lənkəran”ı sonuncu edərək aşağı dəstəyə yuvarladı. Təbii ki, hakim Ramil Diniyevin sayəində.

Ramil Diniyevin bu kobud, hətta biabırçı adlandırılacaq bu səhvi barədə xarici KİV-lər, xüsusilə Rusiya mediası da xəbər yayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail