"Qəbələ"nin daha bir komandası bürünc medal qazandı

21.05.2016 | 3775 dəfə oxunub

AFFA-nın təşkil etdiyi U-14 Liqasında 2015/16 mövsümünə yekun vurulub.    Stadium/Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün turnirin final və 3-cü yer uğrunda matçı keçirilib. “Qəbələ” bürünc medal uğrunda qarşılaşmada “İnter”ə 1:0 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində mövsümü mükafatçılar sırasında başa vuran U-14 akademiyaya liqalarda 6-cı medalı qazandırıb. Bunadək U-19, U-16, U-15 qızıl, U-17 və U-10 gümüş mükafata yiyələnmişdi.   “Qəbələ”nin daha bir komandasının mövsümü mükafatla başa vuracağı dəqiqdirsə, iki təmsilçi bu şansı qoruyur. Yarımfinalın ilk oyununda TİM-lə (Gəncə) heç-heçə (1:1) edən U-13 bu gün baş tutan cavab oyununda 0:1 hesabı ilə uduzub. Komanda 3-cü yer uğrunda matçda “Neftçi” PFK ilə görüşəcək. U-12 də bürünc medal üçün mübarizə aparacaq. Yarımfinalın “Neftçi” PFK ilə hər iki oyununda uduzan (0:2, 1:2) “qırmızı-qaralar” mövsümün son oyununda “Neftçi” İK İB ilə üz-üzə gələcək. U-11 isə finalda “Kəpəz”lə görüşəcək. Futbolçular yarımfinalda “Neftçi” PFK-dan üstün olub – 3:3, 5:1.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail