"Zirə" 12 futbolçuyla bağlı qərarını verdi

23.05.2016 | 3920 dəfə oxunub

Premyer Liqada debüt mövsümünü gümüş medalla başa vuran “Zirə” heyətlə bağlı islahatlara başlayıb.  Stadium.Az xəbər verir ki, artıq komandanı tərk edən və yeni müqaviləyə imza atan bəzi futbolçuların adı məlumdur. 

Anar Nəzirov, Elvin Məmmədov, Aleksandr Şemonayev, Nurlan Novruzov və Kamal Bayramovla yeni müqavilə imzalanıb. Futbolçuların hər birinin yeni müqaviləsi bir il müddətinədir. 

Həmçinin, Nelson Bonillanın daha bir il “Zirə”də qalmasına qərar verilib. Klub hücumçu ilə ötən il 1+1 il şərti ilə bağlanmış müqavilədə göstərilən hüququndan istifadə edərək, anlaşmanı daha bir illiyə uzadıb.

Komandadan ayrılan futbolçuların da bəzilərinin adları dəqiqləşib. Belə ki, “Zirə” Rəşad Abdullayev, Ruslan Poladov, Tərzin Cahangirov, Çimezie Mbah, Luis Alberto Diez və Dieqo Souza ilə yollarını ayırıb. Hazırda müqaviləsi başa çatan digər futbolçularla danışıqlar davam edir və yaxın günlərdə onlarla bağlı da açıqlama veriləcək. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail