AFFA-dan klublara cəza

24.05.2016 | 5392 dəfə oxunub

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Stadium.Az xəbər verir ki, İK Premyer Liqanın 36-cı  turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.


Premyer Liqanın XXXVI turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXXVI turunun “Kəpəz” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.  Oyunun  75, və 85-ci dəqiqələrində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Premyer Liqanın XXXVI turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun  73-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Oyunun 78-ci dəqiqəsində “Rəvan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.

 “Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Seymur Rəhimov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 1000 manat cərimə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail