Vəli Qasımov: "... qalib gələcəyik"

25.05.2016 | 3671 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun finalı çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb: 

- Çətin oyun olacaq. "Qarabağ" bu gün Azərbaycanın ən stabil komandasıdı. Son mövsümdə də yaxşı çıxış etdilər. Ancaq bizdə də perspektivli uşaqlar var. Bu futbolçuların yaxşı gələcəyi olacaq. Mən komandama inanıram. İnanıram ki, uşaqlar sabah qələbə üçün hər şeyi edəcəklər.

- Necə düşünürsüz, komanda çempionatda avrokuboklara vəsiqə verən yeri tutmaqla kubokun finalında üzərində olacaq təzyiqdən qurtula bildi?
- Çempionatın son turlarında stabil oyun sərgilədik. Son turlarda komandada sistem oturdu. 

- "Qarabağ" Azərbaycan çempionudu və son illərdə ölkənin bir nömrəli komandası hesab olunur. Bu oyunun da favoriti "Qarabağ"dı. Bu, sizin komandaya üstünlük verir?
- Düz qeyd edirsiz. Finalın favoriti "Qarabağ"dı. Ancaq final bir oyundan ibarətdi. Mən də komandamın potensialını görürəm və inanıram ki, sabah komanda gözəl oyun göstərəcək. Uşaqlar sabahkı oyunda səhvsiz oyun sərgiləsə, qalib gələcəyik. Bizim inamımız çoxdu.       

- Şota Arveladzenin "Neftçi"yə baş məşqçi gələcəyi deyilir...
- Mənim bildiyim qədər ilə bu, düzgün informasiya deyil. 

- Ayltonun olmaması komandaya necə təsir edəcək?
- Ayltonun yoxluğu komandaya təsir edəcək. Həqiqətən, çox yaxşı futbolçudu. 

- Onu kiminlə əvəzləyəcəyinizi müəyyənləşdirmisiz?
- Hələ ki, heyəti müəyyənləşdirməmişəm. Ancaq bəzi fikirlər var.

- Sabah komandada hansısa dəyişiklik olacaq?
- Taktiki cəhətdən hansısa dəyişiklik olmayacaq. Ancaq heyətdə Ayltonun yoxluğuyla bağlı dəyişiklik olacaq.

- Sabah "Qarabağ"ı məğlub etmək üçün xüsusi bir plan hazırlamısız?
- Əlbəttə.

- Mövsümü titulsuz başa vurmaq "Neftçi" üçün fiasko sayılacaq?
- Yox, bizim fiaskomuz elə mövsümün əvvəlindən başladı. Öz oyunumuz tapa bilmədik. Son oyunlarda komanda stabil oyun sərgiıməyə başladı. Artıq öz oyunumuzu tapmışıq. Məncə, sabahkı oyuna "Neftçi" daha həvəsli çıxacaq. "Qarabağ" çempion olub, sabah rahat oynayacaqlar. Ancaq bizim çempionatda işlərimiz yaxşı getməyib. Bu baxımdan, bizim uşaqlar daha həvəslidi. 

-  Sabahkı oyunla bağlı sizi narahat edən məqam nədi?
- Sabahkı oyunla bağlı məni əsas narahat edən məqam Ayltonun yoxluğudu. Başqa elə bir problemimiz yoxdu.

- Futbolçu kimi özünüzü sübut etmisiz. Sabahkı oyunu məşqçi kimi sizin özünüsübut oyununuz saymaq olar?
- SSRİ kubokunun finalında futbolçu kimi uduzmuşam, məşqçi kimi kuboku qazanmaq istəyərəm.  

- Kamran Ağayevin "Neftçi"yə keçəcəyi deyilir?
- Transferlərlə bağlı hələ ki, rəhbərliklə danışmamışıq.

- Sabahkı oyun penaltilərə də gedə bilər. Məşqlərdə penaltilər üzərində çalışmısız?
- Yox. Heç "Qəbələ"ylə oyundan öncə də penaltilər üzərində məşq etməmişdik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

09.07.2020

08.07.2020

12:44  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

00:54  "Lecce" - "Latsio" - 2:1 VİDEO

07.07.2020

13:11  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

06.07.2020

13:29  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:16  "Napoli" - "Roma" - 2:1 VİDEO

05.07.2020

22:48  "Atletik" - "Real" - 0:1 VİDEO

12:39  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

02:10  "Latsio" - "Milan" - 0:3 VİDEO

04.07.2020

13:40  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

03.07.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə