"Qarabağ" "Bakı" oyunu statistikada

27.10.2011 | 6143 dəfə oxunub

Sabah Premyer Liqanın ilk dövrəsinin son turunda “Qarabağ” “Bakı”nı qəbul edəcək. Stadium.az klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, daim gərgin mübarizə ilə yadda qalan  qarşıdurmanın startından 15 il ötür.

İlk dəfə “Qarabağ” o vaxtlar “Dinamo” adlanan komandayla 1996-ci ildə üz-üzə gəlib. Geridə qalan müddətdə tərəflərin ümumilikdə 38 görüşü baş tutub. Bu oyunların 4-ü kubok çərçivəsində olub. Maraqlıdır ki, qarşıdurmanın tarixçəsində demək olar ki, bütün rəqəmlər eynidi. Belə ki, Quzanlı qəsəbə stadionunda baş tutacaq 39-cu matçadək tərəflər hərəyə 13 qələbə qazanıblar. 12 görüşdə isə meydanda sülh qeydə alınıb. Qolların sayında da inanılmaz dərəcədə yaxınlıq var. İndiyə kimi “Qarabağ” 43 dəfə “Bakı”nı məyus etsə, də 42 dəfə topu qapısından çıxarmağa məcbur olub. 

Ötən mövsüm tərəflərin qarşıdurmasında balans pozulmayıb. Ötən il oktyabrın 20-də Tofiq  Bəhramov adına stadionda ev komandası statusunda çıxış edən “Qarabağ” Adamiyanın dublu sayəsində 2:0 hesablı qələbə qazanıb. Noyabrın 13-də isə bu dəfə eyni məkanda qonaq kimi oynayan Ağdam klubu eyni hesabla məğlub olub. Tərəflərin final mərhələsindəki oyunlarında isə qələbə qazanan olmayıb.

Bu il aprelin 14-də mərkəzi arenada qol səsi çıxmayıb. Mayın 1-də isə Suraxanıda qollu heç-heçə qeydə alınıb. Zaur Həşimovun avtoqolu və Vaqif Cavadovun fərqlənməsiylə 0:2 hesabı ilə hesabda geri düşən “Qarabağ” 2-ci yarıda Adamiya və Telinin qollarıyla status-kvonu bərpa edib.
 
Bütün “Qarabağ” – “Bakı” duelləri:

Mövsüm   Nəticə

1996 - 97   1:1
1996 - 97   6:1
1997 - 98   0:1
1997 - 98   0:3
1998 - 99   0:2 
1998 - 99   2:1
1998 - 99   0:0
1998 - 99   3:0
1999 - 00   0:1
1999 - 00   0:0
2000 - 01   0:1
2000 - 01   4:2
2001 - 02   1:0
2001 - 02   3:0
2003 - 04   2:1
2003 - 04   0:1
2004 - 05   2:0
2004 - 05   1:1
2005 - 06   3:2
2005 - 06   2:4
2005 - 06   0:0
2005 - 06   1:2
2006 - 07   0:0
2006 - 07   1:1
2007 - 08   1:1
2007 - 08   0:0
2008 - 09   0:2
2008 - 09   0:2
2008 - 09   2:1
2008 - 09   2:1
2009 - 10   1:0
2009 - 10   0:0
2009 - 10   0:2 Final Mərhələsi
2009 - 10   1:4 Final Mərhələsi
2010 - 11   2:0
2010 - 11   0:2
2010 - 11   0:0 Final mərhələsi
2010 - 11   2:2 Final mərhələsi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail