"Xəzər Lənkəran" - "Kəpəz" matçı haqqında maraqlı məlumatlar

27.10.2011 | 5495 dəfə oxunub

Premyer Liqanın 11-ci turu çərçivəsində “Xəzər Lənkəran” sabah doğma meydanda növbəti oyununa çıxacaq. Stadium.az xəbər verir ki, komanda bu həftə Gəncənin “Kəpəz” klubunu qəbul edir.

Geridə qalan tur hər iki komanda üçün heç-heçə ilə yadda qaldı. “Xəzər Lənkəran” səfərdə “Bakı” ilə qarşılaşdığı oyunda ilk hissədə bir top üstün olsa da, nəticədə oyun 2:2 hesabı ilə başa çatdı. Bu, komanda üçün mövsümdə ikinci heç-heçə oldu. “Kəpəz” isə ötən həftə öz meydanında “Neftçi”ni qəbul edirdi. Gəncə komandası da həmin qarşılaşmada fasiləyə üstün yollansa da, nəticədə bir xal əldə etdi – 1:1.

Növbəti oyun “Xəzər Lənkəran” üçün mövsümdə altıncı ev qarşılaşmasıdı. Bundan əvvəl Lənkəranda keçirilmiş beş matçın hamısında komandamız qalib gəlib. Mirça Rednikin yetirmələri bu oyunlarda 9 dəfə fərqlənib, buraxılan qolların sayı isə 3-dür.

“Kəpəz” üçün də növbəti səfər mövsümdə sayca altıncıdır. Gəncə klubu bu görüşlərin birindən qalib ayrılıb, bir dəfə heç-heçə oynayıb, üç dəfə də məğlub olub. Komanda bu oyunlarda buraxdığı 9 qol müqabilində rəqib qapısında 6 top keçirib.

Bu komandalar arasında oyunu çempionatın ən çox qol vuran komandalarının qarşılaşması adlandırmaq olar. “Xəzər Lənkəran” hazırda vurulan qollar qrafasında 16 topla yarışın ən məhsuldar komandasıdır. “Kəpəz” isə cari çempionatda 15 qol vurub ki, bu göstəriciyə görə “Neftçi” ilə ikinci-üçüncü pillələri bölüşür.

“Kəpəz” həmçinin hazırda çempionatda ən çox qol buraxmış komandadı – 16 qol. “Xəzər Lənkəran” isə bu mövsüm cəmi 7 qol buraxıb və komanda bu nəticəyə görə ancaq qapısında 6 qol görmüş “İnter”dən geri qalır.

“Xəzər Lənkəran” bu günə kimi üç dəfə öz meydanında “Kəpəz”i qəbul edib. 2004/2005 mövsümündə komandamız 2:0 hesabı ilə üstün olub, növbəti mövsümdə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Gəncə təmsilçisinin yüksək liqaya qayıdışı ilə yadda qalan ötən mövsümdə isə komanda Lənkəranda 1:0 hesablı qələbə qazanıb. O matçda yeganə qolun müəllifi Allan Lalin olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail