Prosineçki: "Bu, məğlubiyyətə haqq vermir" MÜSAHİBƏ

29.05.2016 | 3228 dəfə oxunub

Avstriyadakı ikinci hazırlıq matçında Makedoniyaya məğlub olan (1:3) milli komandamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb:

- Oyun haqqında nə deyə bilərsiniz?

- İki fərqli hissə izlədik. İlk yarıda biz pis oynadıq. Rəqibə iki top “hədiyyə etdik”. Normal ötürmələr verə bilmirdik. İkinci hissədə isə fərqli oyun oldu, ancaq Əfran, Ruslan və Ağabala fərqlənə bilmədi. Hesabı bərabərləşdirə bilərdik, bilmirəm niyə alınmadı. Analiz etmək lazımdı. Ümumiyyətlə, ikinci hissədən razıyam.

- İlk hissədən sonra “Neftçi”nin iki oyunçusunu çıxartdınız. Bəlkə problem onlarda idi?

- Öz seçimlərimi klublara görə eləmirəm. Onlar hamısı millinin oyunçularıdır. Rəhman və Araz öz oyunlarını göstərə bilmədilər. Onları əvəzləyənlər isə daha yaxşı oynadılar. Təəssüf ki, ikinci qolu vura bilmədik.

- Nəyə görə başqa dəyişiklik etmədiniz?

- Yaxşı oynamağa başladılar, mən də uşaqları dəyişmək istəmədim.

- Milli çempionatın səviyyəsinin düşdüyünü demişdiniz. Bu, oyununuza təsir edirmi?

- Bəhanələr səsləndirmək istəmirəm. Bəli, futbolçular mövsümün sonunda yorğundular. Ancaq bu, məğlubiyyətə haqq vermir.

- Bu gün millinin oyununu DÇ-2018-in təsnifat mərhələsindəki rəqiblərindən Çexiya, Norveç və Şimali İrlandiyanın nümayəndələri də izləyirdilər. Bu gün onlar nə gördülər?

- Bu barədə bilmirdim. Onlar gördülər ki, biz ilk hissədə zəif, ikinci hissədə isə yaxşı oynadıq. Bizim vacib zədəli oyunçularımız var – Namiq Ələsgərov, Rahid Əmirquliyev və Eddi İsrafilov. Namiq Kanadaya qarşı oynayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail