Əfran İsmayılov: "İlk hissədə hamımız yatmışdıq" MÜSAHİBƏ

30.05.2016 | 3280 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan yığması ikinci yoldaşlıq görüşündə Makedoniyaya 1:3 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra millimizin üzvü Əfran İsmayılov jurnalistlərə müsahibə verib: 

- Millimiz Makedoniyaya yenə qalib gələ bilmədi...

- Gərgin oyun keçdi. Yoldaşlıq görüşü olmasına baxmayaraq, çətin olacağını bilirdik. Çox ciddi hazırlıq keçmişdik. Bilirdik ki, bu rəqiblə keçirdiyimiz 5 qarşılaşmanın 4-də məğlub olmuş, 1-də heç-heçə etmişdik. Bu üzdən qələbə qazanmağı çox istəyirdik. Gördüyünüz kimi, iki fərqli hissə oldu.

- İki fərqli hissə izlədik. Fasilədə baş məşqçi nə dedi ki, ikinci hissəni daha yaxşı keçirdiz?

- Birinci hissədəki çıxışımızla ikinci hissədəki oyunumuz arasında böyük fərq var idi. İlk hissədə hamımız “yatmışdıq”. Özümüz onlara imkan yaratdıq, nəticədə 2 qol vurdular. İkinci hissədə toparlandıq. Fasilədə baş məşqçimiz Robert Prosineçki paltardəyişmə otağında nə cür oynamaq lazım olduğunu bildirdi. Biz də meydana çıxıb tam fərqli oyun ortaya qoyduq. İstəyimizə çatmağa az qalmışdı. Daim hücumda olsaq da, şanslardan istifadə edə bilmədik. Amma son dəqiqədə onlar daha bir qol vurub qalib gəldilər. Futbolda belə hallar olur.

- Hakim penalti təyin etdikdən sonra Dmitri Nazarov topu götürdü ki, vursun, ancaq sonra zərbəni sən yerinə yetirməli oldun. Millidə bu öhdəlik kimin üzərindədi?

- Penaltini mən vurmalı idim. Penaltini ilk mən, sonra Nazarov vurur. Mən də həmin anda dedim ki, kimin vurmasının fərqi yoxdu. Amma baş məşqçi kənardan bildirdi ki, zərbəni sən vur. Mən də topun arxasına keçdim.

- Makedonların vurduğu 3-cü qol epizodunda sizin də səhviniz oldu. Orda nə baş verdi?

- Həmin epizodda Maksim Medvedevlə anlaşmazlıq oldu. Mən Maksimdən ötürmə gözlədim. Amma o, bunu etmədi. Artıq çox saxladıqdan sonra ötürmə verdi, onda da bunu gözləmirdim. Onlar da bundan yararlanıb fərqləndilər. Buna görə kimisə qınamıram. Çünki hamımız həmin vaxt hücuma atılmışdıq. Hər bir futbolçu qol vurmaq istəyirdi. Çünki hesabı bərabərləşdirməyə çalışırdıq. Futbolda belə şeylər də olur. Biz hücumda olsaq da, qol vura bilmədik, ancaq rəqib son dəqiqədə fərqləndi.

- DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqiblərimizdən Şimali İrlandiya, Norveç və Çexiya menecerləri matçı izləməyə gəlmişdilər. Ola bilərmi ki, onları aldatmaq üçün fərqli taktika qurmuşduz?

- Doğrudur, yoxlama görüşüdü. Amma biz öz futbolumuzu göstərməyə çalışdıq. Əlbəttə ki, yoxlama matçlarında hər kəs sınaqdan keçir. Düzdü, belə matçların nəticəsinin böyük önəmi olmasa da, futbolçuların bir-birini başa düşməsi baxımından çox vacibdi. İstəyimiz o idi ki, verilən tapşırığa meydanda əməl edək. Bundan sonra bizi Kanada ilə daha ağır oyun gözləyir. Bu görüşə daha ciddi hazırlaşmalı və çıxıb qələbə qazanmalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail