"Avropa çempionatından sonra bütün diqqətimi "Qarabağ"a yönəldəcəm"

02.06.2016 | 3565 dəfə oxunub

Avro-2016"nın qrupunda seçmə mərhələdəki kimi oynasaq, yaxşı nəticə qazanacağıq. Çünki seçmə mərhələ ilə müqayisədə yığmanın heyətində elə də böyük dəyişiklik olmayıb".

Stadium.az-ın məlumatına görə, Albaniya millisinin müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlamasında deyib. 

"Avro-2016"nın final mərhələsindəki rəqibləri haqda danışan "Qarabağ"ın futbolçusu bunları bildirib: "Qrupdakı rəqiblərimiz olduqca güclüdür. Hər bir oyun çətin keçəcək. Komandada harmoniyanın olması önəmlidir. Bu, futbolçuların bir-birinə daha yaxın olmasına və yaxşı anlaşmasına kömək edəcək. Yığmada müxtəlif yaşda və xarakterdə futbolçular toplanıb. Önəmli olan komandaya uyğunlaşmaq və uğurun davamını gətirməkdir". 

Çıxış etdiyi "Qarabağ" klubu barədə də danışan Aqolli Ağdam təmsilçisi ilə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istədiyini bildirib: "Avropa çempionatından sonra bütün diqqətimi "Qarabağ"a yönəldəcəm. Bizi Çempionlar Liqasında çətin mübarizə gözləyir. Ağdam təmsilçisi ilə 1 illik müqaviləm var və hazırda gələcəyimi bu komandada görürəm. Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır".

Aqollinin çıxış etdiyi Albaniya yığması "Avro-2016"nın A qrupunda Fransa, İsveçrə və Rumıniya yığmaları ilə mübarizə aparacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail