AFFA 8 kluba lisenziya verdi, 7-nə "yox" dedi

03.06.2016 | 7096 dəfə oxunub

Bu gün AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçirilib. Stadium.Az xəbər verir ki, Lisenziya Komissiyasının mayın 16-da keçirilmiş iclasında növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş, lakin tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara sənədlərin tamlığını təmin etmək üçün əlavə olaraq 14 gün vaxt verilib.

Bu gün həmin klublar tərəfindən əlavə verilmiş 14 gün ərzində təqdim olunmuş sənədlərə baxılıb və klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakılar qərara alınıb.
 
2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməyib.

“Bakı” FK, “Xəzər Lənkəran” FK, “Qaradağ Lökbatan” FK, “Neftçala” FK, “Şərurspor” FK,  “Turan” Tovuz FK və “Zaqatala” FK.
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Xatırlatmaq istərdik ki, 16 may tarixində qəbul olunmuş qərara əsasən 2016-17-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilib:

AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK,  "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK, Sumqayıt FK və “Zirə” FK.
 
Lisenziyalaşdırma Qrupu tərəfindən hazırlanmış hesabat AFFA rəhbərliyinə təqdim olunub. Mövcud vəziyyətlə bağlı yaxın zamanda İcraiyyə Komitəsinin iclasının keçirilməsi və müvafiq müzakirələrin aparılması nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail