Elxan Məmmədov: "...bu da bütün Azərbaycan futboluna zərbə deməkdir""

07.06.2016 | 6767 dəfə oxunub

Premyer Liqasında növbəti mövsümlə bağlı AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası olacaq. Stadium.Az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"də "Futbol Saatı" proqramında açıqlama verib.

O bildirib ki, İK-nın növbəti toplantısında çempionatda komandaların sayı, reqlamenti, təqvimi müzakirə olunacaq: "Hazırda 8 klub AFFA-dan lisenziya ala bilib. Bununla da növbəti mövsümdə Premyer Liqada bu sayda komanda iştirak etməlidir. Belə olarsa, Azərbaycan Avropada 4-cü belə ölkə olacaq. Çünki hazırda 3 ölkənin çempionatında 8 komanda var. Düzdür, AFFA-nın İcariyyə Komitəsinin hüquqi səlahiyyəti var ki, lisenziya almayan komandalara məsələlərini həll etmək üçün 2-3 həftə vaxt versin. Ancaq biz işin içindəyik və inanmıram ki, 1 ilə lisenziya məsələsini həll etməyən klublar 2-3 həftəyə bunu yoluna qoysunlar".   Məmmədov "Xəzər Lənkəran"ın Premyer Liqada çıxış etməməsini böyük zərbə olduğunu bildirib: "Burada söhbət gedirdi ki, komanda son oyunda uduzdu, birinci divizionda düşdü və ona görə Premyer Liqada çıxış etməyəcək. Anca əslində, problem mövsüm boyu olub. "Xəzər Lənkəran"ın legionerlərə böyük məbləğdə borcu var. Biz bu kluba lisenziya versək, onda UEFA audit komitəsini Azərbaycana göndərəcək. Artıq bu zaman sanksiya AFFA-ya gələcək ki, bu da bütün Azərbaycan futboluna zərbə deməkdir"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail