Ramin Musayev: "Bizim futbolçularda ulduz xəstəliyi var"

28.10.2011 | 5700 dəfə oxunub

"Bəzən media işçiləri ya klub rəhbərlərindən qorxurlar, ya da baş məşqçilər ilə o qədər yaxın olurlar ki, aralarında olan münasibətə görə məşqçidən, klubdan yaza bilmirlər. Bundan sonra günahı hakimlərdə görürlər. Hakim də insandır, o da səhv edə bilər".

Stadium.az xəbər verir ki, bu sözləri bu gün sentyabr ayının ən yaxşı futbolçusu seçilmiş Rəşad Abdullayevin təltif edilməsi mərasimində çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayev daha sonra maraqlı fikirlər səsləndirib: "Ermənistan milli komandasının qazandığı 17 xal hakimlərlə bağlı deyil. Yığma komandaların nəticələrinə əsasən, Ermənistan çempionatının Azərbaycan Premyer Liqasından güclü olduğunu söyləmək olmaz. Onların heyətinə baxsaq, görərik ki, əksər futbolçuları legioner həyatı yaşayır. Ermənistan millisinin futbolçusuna Türkiyədən, Hollandiyadan təklif gəlir, ancaq, o, Ermənistan yığmasını seçir. Bəs bizim futbolçular niyə millidən üz döndərirlər?!"

PFL prezidenti uşaq futboluna daha çox diqqət ayırmağın vacibliyindən də danışıb: "Klublarımız uşaq futboluna diqqəti artırmalıdırlar. Hazırda millidə oynayanların böyük əksəriyəti “Neftçi”nin yetirmələridir. Onların da əksəriyyəti Rövnəq Abdullayev “Neftçi”nin prezidenti olanda komandanın uşaq futbol məktəbinə cəlb olunanlardır. Uşaq futboluna diqqət artırılarsa, bunun müsbət nəticələrini görərik.

Bizim futbolçularda ulduz xəstəliyi var. Yalnız hakimlərlə futbolumuzun səviyyəsi yüksələcəksə, xaricdən hakim gətirək. Amma, bu, çıxış yolu deyil. Futbolumuzdakı çatışmazlıqları birlikdə aradan qaldırmalıyıq. Biz futbolun inkişafına nail olmaq istəyiriksə, klublarımız da uşaq futboluna daha çox diqqət ayırmalıyıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail