Çervenka: "Əminəm ki, bu oyun asan olmayacaq"

28.10.2011 | 6304 dəfə oxunub

“İnter”in çexiyalı legioneri Bronislav Çervenka klubun rəsmi saytına müsahibə verib. Çervenka “Qəbələ” matçı barədə fikirlərini bölüşüb və “Rəvan”la keçiriləcək oyun haqqında düşüncələrini dilə gətirib.

Stadium.az bu müsahibəni diqqətinizə çatdırır:

-“Qəbələ” ilə matçda komandaya hesabda irəli çıxmaq müyəssər oldu, lakin “İnter” bu üstünlüyünü saxlaya bilmədi...
 
- Düşünürəm ki, bərabər oyun oldu. Qeyd etmək yerinə düşərdi ki, bizə qarşı çox güclü komanda oynayırdı. Bizə hesabı açmaq mümkün oldu, bu üstünlüyü qorumağa çalışdıq və mümkün olduqda hücum etməyə cəhd göstərdik, ancaq, təəssüf ki, buna müəssər olmadıq və “Qəbələ” hesabda tarazlıq yarada bildi. Zənnimcə, heç-heçə meydanda baş verənləri tamamilə əks etdirdi.
 
-Lakin “Xəzər-Lənkəran” və “Neftçi” üzərində qələbədən sonra hamı “Qəbələ” ilə oyunda da “İnter”dən 3 xal gözləyirdi...
 
-Bəli, biz də yalnız qələbəyə köklənmişdik, ancaq bu, qələbə qazanmağa çatmadı. Düşünürəm ki, növbəti 3 xalı qazanmaq üçün bir az bəxtimiz gətirmədi. Axı, epizodda diqqətimizi itirməsəydik, o zaman qapımıza penalti təyin olunmazdı və nəzərimcə, qələbə hesabını qorumağı bacara bilərdik.
 
-Mövsümün əvvəli komanda üçün o qədər uğurlu alınmadı, lakin sonradan “İnter” tam başqa nəticə göstərməyə başladı və sürət götürdü...
 
-Bəli, mövsümün əvvəli bizim üçün uğursuz alındı. Bununla belə, komanda özünü itirmədi və yaranmış vəziyyətdən çıxmağa başladı. Potensial bizə artırmağa və irəliləməyə imkan verdi. Beləliklə biz xal toplamağa  və nəticə göstərməyə başladıq.
 
-Artıq bir neçə gündən sonra “İnter”i “Rəvan”la qarşılaşma gözləyir. Bu matç haqqında nə deyə bilərsən?
 
-“Rəvan” hazırda pis olmayan nəticələrlə müşayiət edilən yaxşı futbol sərgiləyir. Bildiyimə görə, son 4 oyunda onlar 3 qələbəyə nail olublar və bir dəfə sülh bağlayıblar. Bundan əlavə, biz səfərdə oynayacağıq ki, bu da tapşırığımızı bir qədər də çətinləşdirir. Bir sözlə, əminəm ki, bu komandayla oyun asan olmayacaq.
 
-Yeri gəlmişkən, “Rəvan” və “İnter” son zamanlar uğurlu oyunlarla xatırlanan iki komandadır. Sənin fikrincə, bazar günü hansı komandanın uğurlu seriyası dayandıracaq?
 
-Biz “Rəvan”ın uğurlu seriyasını dayandırmaq üçün əlimizdən gələni edəcəyik. Meydana yalnız qələbə üçün çıxacağıq və ümid edirəm ki, bu arzulanan nəticəni əldə etməyə müəssər olacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail