"Legioner futbolçulara görə ödənilən rüsumun azaldılması bütün klubların tövsiyyəsi, xahişidir"

09.06.2016 | 4046 dəfə oxunub

Klublar Komitəsinin sədri, AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov bu gün keçirilən iclasdan sonra toplantı barədə jurnalistlərin suallarını cavablandırıb:

 

“Bugünkü iclasda ən vacib məsələlərdən biri legionerlərə görə ödənilən rüsum idi. Vaxtımızın 80 faizini buna sərf etdik. İkinci məsələ ötən mövsümün yekunları ilə bağlı idi.

“Qarabağ”ı çempionluq və kubokun qalibi olması münasibətilə təbrik etdik. Onlara ən azı bu il və ya gələn il Çempionlar Liqasının qrupuna düşməyi arzu etdik. "Neftçi", "Kəpəz" və "Qəbələ"yə də Avroliqanın qrupuna düşməyini istərdik. Yenə də qayıdıram rüsum məsələsinə. Artıq 4-cü dəfədir ki, bu məsələni iclasda müzakirə edirik. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi də iclasa dəvət etdik. Bütün klublarla artıq dərəcədə xahiş etdik ki, iyunun 14-də İcraiyyə Komitəsinin iclasında bu məsələ qaldırılsın. Legioner rüsumunun azaldılmasını istəyirik. Demirik ki, rüsum tam yığışdırılsın. Bu gün bütün klubların vəziyyəti çətindir. Çempionatımızda 8 komanda qalıb və Azərbaycan futbolu çətin vəziyyətə düşüb. Avropada 4 ölkə var ki, onlardan biri də Azərbaycandır ki çempionatda cəmi 8 komanda yarışıq. Təbii ki, 8 komanda ilə bağlı qərar qəbul olunsa. Bu, nüfuz və imic baxımından yaxşı hal deyil.

Legioner futbolçulara görə ödənilən rüsumun azaldılması bütün klubların tövsiyyəsi, xahişidir. Bu gün bütün klubların vəziyyətinə pis demək olmaz, amma maddi durum zəifləyib. "Qarabağ", "Qəbələ", "Neftçi"də daha çox legioner var. 3-5 il bundan əvvəl bu məsələləri heç qaldırmırdıq. Ancaq bu gün maliyyə baxımından bir az zəifləmişik.

Bu məsələyə toxunduq. Hamının fikrini anladım. Bütün klublar bu məsələ ilə bağlı işləməlidir. Hər klub rəsmi şəkildə AFFA-ya müraciət edəcək və federasiya bu müraciətləri toplayıb qərarını verəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail