AZAL "Sumqayıt Şəhər"ə, "Rəvan" "İnter"ə uduzdu - YENİLƏNİB

Premyer Liqada ilk dövrəyə yekun vuruldu

30.10.2011 | 11453 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. Stadium.az xəbər verir ki, birinci dövrənin son turunun oyunları 3 gündə keçirilib. İlk oyun günündə 2 qarşılaşma olub.

"Qarabağ" Ağdamda "Bakı"nı qəbul edib. Görüşə doğma azarkeşləri qarşısında fəal başlayan ağdamlılar ilk dəqiqələrdən hesabı açıblar. Fasiləyədək "Bakı" hesabı bərabərləşdirsə də, "Qarabağ" ikinci hissədə daha bir qol vurub və vacib qələbə qazanıb.

Lider "Xəzər Lənkəran" isə azarkeşləri qarşısında "Kəpəz"lə qarşılaşıb. Güclü yağış səbəbindən oynamaq üçün əlverişsiz hala düşmüş meydanda gedən mübarizənin taleyini bir qol həll edib. Lənkəran təmsilçisi ilk hissədə vurulan qolla qələbə qazanıb.

Növbəti oyun günündə də daha iki qarşılaşma olub. "Neftçi" "Dalğa Arena"da azarkeşləri qarşısında "Turan"ı qəbul edib. "Turan"ın qapısına yol tapmaqda çətinlik çəkən "ağ-qaralar" ikinci hissəyə əlavə edilmiş dəqiqələrdə qələbə topunu vurmağı bacarıblar.

"Qəbələ" isə doğma meydanda "Simurq"a məğlub olub. İlk hissədə hesabı açan Zaqatala təmsilçisi fasilədən sonra daha bir qol vurub və çətin səfərdən vacib qələbə ilə qayıdıb.

Turun daha iki matçı son oyun günündə keçirilib. "Sumqayıt Şəhər" mövsümdə ilk qələbəsini qazanıb. Azarkeşləri qarşısında AZAL-ı qəbul edən debütant iki qolla 3 xalı bayram edib.

"İnter" isə son 4 turda 10 xal qazanmış "Rəvan"ı məğlub etməyi bacarıb. Bununla da birinci dövrəyə yekun vurulub.

Premyer Liqa
11-ci tur

28 oktyabr (cümə)

15:00. "Qarabağ" - "Bakı" - 2:1
Qollar: Admir Teli, 7 (1:0). Rəşad Sadiqov, 48 (2:1) - Verpakovski, 36 (1:1)
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Vaqif Musayev, Elnur Muradov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Asif Namazov
Ağdam rayonu, Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu.

18:00. "Xəzər Lənkəran" - "Kəpəz" - 1:0
Qol: D. Rusiç, 34 (1:0)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Habil Əliyev, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov
Lənkəran şəhər mərkəzi stadionu.


29 oktyabr (şənbə)

15:00. "Qəbələ" - "Simurq" - 0:2
Qollar: Şmakov, 39 (0:1). Robertas Poşkus, 59 (0:2)
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Yaşar Abbasov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu.

15:00. "Neftçi" - "Turan" - 1:0
Qol: Bahodir Nasimov, 90+1 (1:0)
Hakimlər: Ceyhun Haşımov, Azər Əsgərov, Ramiz Əsədov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Rüfət Hüseynov
"Dalğa Arena" stadionu.


30 oktyabr (bazar)

14:00. "Sumqayıt Şəhər" - AZAL - 2:1
Qollar: Samir Abdulov, 5 (1:0). Eldar Məmmədov, 33 (2:0) - Tales Şütz, 69 (2:1).
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, İsgəndər Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

16:30. "Rəvan" - "İnter" - 1:2
Qollar: Ekrem Hodziç, 90+1 (1:2) - Elnur Abdulov, 13 (0:1). İlia Kandelaki, 43 (0:2)
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Coşqun Həsənov, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Nüvər Xasıyev
"Dalğa Arena" stadionu.

Turnir cədvəli:

 KomandaOQHMQollarXallar
1Xəzər Lənkəran1182117-726
2Neftçi1171316-922
3İnter1163210-721
4Qarabağ1162315-1020
5Bakı1144312-1016
6Qəbələ1143412-1315
7Rəvan1134414-1513
8Kəpəz1133515-1712
9Simurq113259-1211
10Turan113178-1410
11AZAL1124512-1610
12Sumqayıt Şəhər111375-156

Bombardirlər:

1. Sergey Artyux - "Turan" - 5 qol (2)
2. Ceyhun Sultanov - "Kəpəz" - 4 qol
3. Yuri Fomenko - "Kəpəz" - 4 qol
4. Luiz Hilario - "Qəbələ" - 4 qol

Qeyd: Mötərizədə penaltidən vurulan qolların sayı göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail