"Kəpəz"ə daha 3 futbolçu qoşulacaq

11.06.2016 | 3884 dəfə oxunub

İyun ayının 11-dən 21-nə kimi Türkiyənin Ərzurum bölgəsində hazırlıq keçəcək “Kəpəz”lə qardaş ölkəyə əvəzedici heyətin üç üzvü də yollanacaq.

Stadium.Az xəbər verir ki, “dubl”dan Əli Səmədov, Fərid Məmmədov və Elcan Rəhimov baş məşqçi Şahin Diniyevin sərəncamında olacaq.

Səmədov ötən mövsümün ilk yarısından sonra əsas komandaya cəlb olunsa da, mütamadi olaraq əvəzedicilərin çempionatında top qovub. Bununla belə, 19 yaşlı yarımmüdafiəçi elitada “sarı-göylər”in heyətində debüt etmək imkanı da qazanıb. O, Premyer Liqanın “Kəpəz” – “Xəzər Lənkəran” oyununda Gəncə klubunda ilk oyununa çıxıb.

Fərid Məmmədova gəlincə, gənc hücumçu “Kəpəz”in Yevlax toplanışlarından birində məşqçilər korpusu tərəfindən sınanıb. Əvəzedicilərin ən sərrast futbolçusu olan Məmmədov vurduğu qollarla diqqəti cəlb edib. O, çempionatda 14 qola imza atıb.
17 yaşlı sol cinah müdafiəçisi olan Elcan Rəhimovun adı Premyer Liqanın son turunda - “Qəbələ” ilə ev oyununda “18-liy”ə daxil edilsə də, arxa xətt oyunçusu meydana çıxmaq şansı əldə etməyib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail