Asif Məmmədov: "Rəqibin heyətində heç bir futbolçunu fərqləndirməzdim"

28.10.2011 | 7011 dəfə oxunub

"İnter"in cinah yarımmüdafiəçisi Asif Məmmədov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Artıq bazar günü “İnter”i "Rəvan"la səfər görüşü gözləyir. Qarşıdakı oyun və bu oyunda üz-üzə gələcəyiniz rəqib barədə nə deyə bilərdin?
 
- Oyunun çox çətin olacağını bilirik, ona görə ki, rəqib komanda son oyunlarını çox yaxşı səviyyədə keçirib. Biz də öz növbəmizdə meydana ancaq qələbə üçün çıxacağıq. Bizə mütləq qələbə və növbəti üç xal lazımdır.
 
- "Rəvan"-"İnter" oyununun süni örtüyə malik "Dalğa Arena" stadionunda keçiriləcəyini bilirik . Səncə bu amil komandanızın xeyrinə ola bilərmi? Digər sözlə, sənin fikirincə, "İnter" orada özünü doğma "Şəfa"da olduğu kimi hiss edəcəkmi?
 
- İlk baxışda bu meydançaların oxşarlığı nəzərə çarpsa da, əslində bu belə deyil.  "Şəfa" və "Dalğa-Arena" stadionlarının sintetik ot örtüyü seçilir. Hər iki meydança arasında fərqlər var.
 
- "İnter" hər zaman oyundan əvvəl rəqibinin oyununu təhlil edir və onun müsbət və mənfi cəhətlərini öyrənir. Bu dəfə necə, "Rəvan"ın oyununu analiz edə bildinizmi?
 
- Yox, hələlik təhlil etməmişik, yəqin ki, bunu  bugün, ya da ki, sabah edə biləcəyik.
 
- "Rəvan" klubunun oyunlarını yəqin izləmisən. Bu komandada hansı futbolçu öz oyunuyla seçilir və hansı futbolçuya qarşı bazar günü keçiriləcək qarşılaşmada daha diqqətli oynamaq lazım gələcək?
 
- Mən rəqibin heyətində heç bir futbolçunu fərqləndirməzdim, çünki bu oyunçuların hamısı yaxşı futbolçudur. Onların yaxşı kollektivi var. "Rəvan" çox maraqlı komandadır. Hazırda "Rəvan" klubunda oynayan futbolçuların çoxu keçən il  "Muğan" komandasında çıxış edirdi və elə, o vaxtdan onlar özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar.
 
- Necə düşünürsən, görüş hansı nəticəylə bitəcək?
 
- Proqnoz vermək və əvvəlcədən danışmaq istəməzdim. Mən sadəcə yenə təkrar edə bilərəm ki, biz meydana ancaq qələbə üçün çıxacağıq.

- Dünənki məşqdə sən fərdi qaydada çalışırdın. Bunu nəylə əlaqələndirmək olar? Zədəlisən, yoxsa..?

- Bundan bir az əvvəl dabanım bir balaca əzilib, məhz buna görə axırıncı məşqlərdə fərdi qaydada hazırlaşırdım.

- Bu zədə sənin qarşıdakı oyunda meydana çıxmağına mane ola bilər?
 
- Ağrılar olmasa və məşqçi mənə etimad göstərsə, o zaman meydana çıxaram. Belə baxanda, ağrı olmadığı təqdirdə, mən artıq bugünkü məşqdə ümumi qrupda çalışa bilərəm. İnşallah, vəziyyət yaxşı olacaq və  mən oyuna tam hazır olaram.
 
- Yeri gəlmişkən, gələcək oyun birinci dövrənin son oyunu olacaq. Səncə, çempionatın birinci hissəsini "İnter" üçün uğurlu saymaq olarmı?
 
- Hələ ki işlərimiz pis getmir. Tam istədiyimiz kimi olmasa belə, ümümi götürdükdə, biz hələki yaxşı nəticə göstərə bilirik. Bu arada dövrənin axırıncı oyunu da bizim üçün çox vacibdir. Biz qələbə qazana bilsək və turnir cədvəlinin yuxarısında yerləşən digər klublar xal itirsə, o zaman vəziyyətimiz daha da yaxşılaşa bilər . Düzdür, çempionatın ilk hissəsi artıq yekunlaşır, lakin unutmaq lazım deyil ki, bizi qabaqda hələ uzun bir marafon gözləyir. İndi biz üçüncü pillədə qərarlaşmışıq, lakin hədəfimiz ancaq çempionluqdur, bu isə ona işarə edir ki, mövqemizi daha da yaxşılaşdırıb irəliləmək lazımdır.
 
- "İnter" çempionluq hədəfinə çata bilər?
 
- Əlbətdə, çata bilər. Son oyunlar bizim hədəflərimizin ciddiliyini göstərdi. Demək istərdim ki, çempionat başlamamışdan əvvəl bəzi mütəxəssislər söyləyirdilər ki, "İnter" artıq əvvəlki "İnter" deyil, amma zaman keçdikcə həmin insanlar fikirlərini dəyişib bildirdilər ki, komandamız keçən illərlə müqayisədə bu mövsüm daha yaxşı oyun sərgiləyir. Onların belə danışmağa bizim yaxşı oyunumuz səbəb olub. Fikrimcə, indiki komandamız həqiqətən də ötən mövsümdəki "İnter"lə müqayisədə heç də zəif görünmür və biz hədəflərimizə çata biləcək gücdəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail