Lənkəran "Xəzər"inin ilk prezidenti: "Yəqin ki, bu problem yaxın zamanda öz həllini tapacaq"

12.06.2016 | 6439 dəfə oxunub

Azərbaycan futbolunda uzun müddərdir  çaılşan, Lənkəran "Xəzər"inin ilk prezidenti olmuş, hazırda Cənub Regional Futbol Federasiyasının (CRFF) prezidenti olan Sakin Məmmədzadə dünən 58 yaşını qeyd etdi.

İCXEBER.COM saytı olaraq, Sakin müəllimlə əlaqə saxlayıb, həm onu təbrik etdik, həm də bəzi suallarımıza cavab almağa çalışdıq.

 

-Sakin müəllim, hazırda cəmnub zonasında futbolun inkişafı üçün əsas görülməli olan işlərin yükü sizi çiyninizə düşür. Sizcə ümumi Azərbaycan futbolunda nə çatışmır?

-Hazırkı Azərbaycan futbolunda çatışmayan bir şey varsa, o da bu sevimli oyunu xalqımıza kifayət qədər sevdirməməyimiz, onu bir yaşam tərzinə yaxın buraxmamağımızdır. Düşünürəm ki, futbolu uşaq bağçasında, ali məktəblərdə, iş yerlərində və digər ictimai yerlərdə sevdirmək üçün daha çox işlər görmək lazımdır.

 

-Bəs "Xəzər Lənkəran"ın bu duruma düşməsi sizin futbolun inkişafı və kütləviləşdirmək planlarıza necə təsir göstərir?

-Bölgədə futbolun olmamasına heç inanmıram. Yəqin ki, bu problem yaxın zamanda öz həllini tapacaq. Çünki "Xəzər Lənkəran"ın milli çempionatda çıxış etməməsi tək cənub bölgəsi üçün  yox, bütün Azərbaycan üçün böyük itki hesab edilə bilər.

 

-Belə bir ideyalarınız var ki, bölgədə həyata keçirmək istəyirsiniz, amma...

-Bölgədə futbolun inkişafı üçün ideyalardan danışmağa başlasam, inanmıram ki, sizin dinləməyə səbriniz çataın. Əlbəttə ki, getdikcə cənub zonasında futbolun kütləviləşməsi üçün işlər görürük. Artıq nəticələrimiz də göz önündədir. Və daha da yaxşı olacağına əminəm. Biraz təvəzökarlıqdan uzaq olaraq onu demək istərdim ki, mənim imkan və bacarığımdn tam istifadə etmədiklərinə görə heyifslənirəm. Mən futbolumuza daha çox fayda verə bilmirəm və təəsüflənirəm. İmkanlar daxilində etdiklərim isə məni əsla qane etmir.

 

-Sizcə keçmiş və indiki futbolçularımız arasında hansı fərqlər var? 

Əvvəllər yerli futbolçularımız sovet idelogiyasına uyğun oynayırdılar. İndi isə bu oyun təbii olaraq, bir biznesdir, yaşam və qazanmaq üçün oynayırlar.

 

-Son illərdə futbolumuzun inkişafı barəsində müxtəlif fikirlər səslənir...

-Son on ildəki futbolumuzun inkişafı ilə müxtəlif fikirlər səslənsə də, hesab edirəm ki, bu inkişafı görməmək mümkün deyil. Bir də biz inkişaf etdikcə digər dövlətlər də yerində durub bizi gözləmir axı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail