"Qəbələ"dən daha bir transfer

15.06.2016 | 3876 dəfə oxunub

2016-2017-ci illər mövsümünün hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Stadium.Az xəbər verir ki, “Qırmızı-qaralar” yarımmüdafiə xəttini Liberiya yığmasının futbolçusu Teo Luis Uiks ilə gücləndirib. Kiprin “Ermis” klubunun üzvü olan orta sahə oyunçusu icarə əsasında 1 il “Qəbələ”nin formasını geyinəcək.

26 yaşlı futbolçu 2008-ci ildən şərəfini qoruduğu Liberiya millisində 19 matç keçirib, 1 qol vurub. Klub karyerasına vətənində başlayan Teo 2007-ci ildə “Vatanqa”da çıxış edib. Sonradan 5 il Türkiyədə legioner həyatı yaşayan liberiyalı “Ankaraspor” (indiki “Osmanlıspor”, 2008-2010), “Ankaragücü” (2009-2010 icarə əsasında, 2010-2012), “Çaykur Rizəspor” (2011 icarə əsasında) və “Göztəpə” (2012-2013) klublarının formasını geyinib. O, Superliqada 50 oyunda 1 qol vurub, 1-ci liqada 46 matça çıxıb. 2013-cü ildə Portuqaliyanın “Maritimo” klubuna keçən Teo 2 il bu komandanın uğurları üçün çalışıb. Uiks bu komandada 35 matçda 5 qola sevinib. Ötən ilin yayında “Ermis”ə transfer olunan yarımmüdafiəçi Kipr çempionatında 27 oyunda 2 qol vurub. 

“Qəbələ” Teoyadək xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilə imzalayıb. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail