Rəşad Sadıqov: "Qələbə qazanmaqla bunun belə olmadığını göstərdik"

28.10.2011 | 6396 dəfə oxunub

"Ötən tur 2:0 öndə olduğumuz halda, "Neftçi"yə 2:3 hesabı ilə məğlub olmağımız bir çox fikirlərə səbəb oldu. Kənardan, bəlkə də, elə göründü ki, komandada hansısa gərginlik yaranıb, ancaq bu gün qalib gəlməklə bunun belə olmadığını göstərdik".

Bu sözləri "Bakı"ya 2:1 hesabı ilə qalib gəlmiş "Qarabağ" klubunun futbolçusu Rəşad Sadıqov qarşılaşmadan sonra Stadium.az-a açıqlamasında deyib.

O, əvvəlcə "Neftçi"yə məğlubiyyətin səbəblərini bu cür izah edib: "Neftçi" ilə oyuna çox yaxşı başladıq, hər şey bizim istədiyimiz kimi gedirdi. Əfranın dubl etməsi də bunu göstərir. Lakin fasilədən sonra bizim üçün "soyuq duş" oldu. İlk hissədə cərimə zərbəsindən vurulan qol sanki rəqibi silkələdi və özünə gətirdi. Qapımıza avtoqol vurulandan sonra isə heç-heçə ilə razılaşa bilməzdik və irəli atıldıq. Qol vurmaq istədik, ancaq tam əksinə oldu, rəqib fərqləndi. Bu, futboldur, idman  xoşbəxtliyi "Neftçi"də oldu və qələbə qazandı. Komandamızda hansısa problemin olması kimi fikirlərin əsası yoxdur".

Təcrübəli futbolçu daha sonra bunları dilə gətirib: "Biz göstərdik ki, "Qarabağ"da psixoloji gərginlik olmur. Komanda oyunu oynayıb, yaxşı oyun nümayiş etdirib qələbə qazandıq. "Bakı" kimi güclü komandanı udmaq təbii ki, bizim üçün də sevindiricidir. Bu qələbə komandanın turnir cədvəlindəki mövqeyi baxımından da yaxşı oldu"

Rəşad Sadıqov Quzanlı stadionunun ot örtüyü barədə də fikir bildirib: "Biz bura gələndə qazonun vəziyyəti əla idi, ancaq bir neçə gün idi ki, davamlı yağan yağış ona mənfi təsirini gəstərdi. Bugünkü oyundan sonra isə qazon daha da pis vəziyətə qaldı".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail