Şahin Diniyev: "Hazırlıq prosesinin gedişatından razıyam"

18.06.2016 | 3133 dəfə oxunub

İyunun 12-dən Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçən “Kəpəz” hazırlığın ilk beş günlük mərhələsini başa vurub. Stadium.Az xəbər verir ki, Komandanın baş məşqçisi Şahin Diniyev Türkiyə toplanışını klub saytına  dəyərləndirib:

“Uşaqlar səylə, əzmlə məşqlərdə iştirak edirlər. Verilən tapşırıqları maksimum şəkildə yerinə yetiməyə çalışırlar. Hər bir futbolçu Avropa Liqasında çıxış etməyin məsuliyyətini yaxşı dərk edir. Hazırlıq prosesinin gedişatından razıyam. Qarşıdakı yoxlama oyununda oyunçuların yaxşı çıxış edəcəyinə inanıram. Transferlərdən də razılığımı ifadə edə bilərəm. Sadəcə, komandaya yeni qoşulduqları üçün oyun sistemimizə tam uyğunlaşmayıblar deyə bir qədər çətinlik çəkirlər. Bu da zamana bağlı məsələdir. Düşünürəm ki, toplanışın sonuna kimi onlar da tam adaptasiya olub, komandaya xeyir verəcəklər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail