Mirça Rednik: "Kamran Ağayevlə heç bir problemim yoxdur"

29.10.2011 | 6286 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 11-ci turunun “Kəpəz”lə oyunundan (1:0) sonra Azerisport.az saytının suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:
 
- “Kəpəz”lə oyununuzu necə xarakterizə edərdiz?
- Kifayət qədər maraqlı oyun alındı. Komandam mövsümdəki ən yaxşı oyunlarından birini sərgilədi. Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. “Kəpəz”in də haqqını yeməmək lazımdı. Bu komanda heç də sıradan rəqib deyildi. Onlar da öz oyunlarını göstərdilər. Düzdü, daha çox qol gözləyirdik. Amma ələ düşən imkanların yalnız birindən yararlana bildik.

- Özünüzü lider komandanın baş məşqçisi kimi necə hiss edirsiz?
- Mən nəticələrimizə görə çox şadam. Amma başa düşmək lazımdı ki, bu, müvəqqəti də ola bilər. Çempionat hələ qurtarmayıb. Qarşıda hələ uzun məsafə var. Mən bütün çempionat boyu ikinci olmağa razıyam, təki sonda çempion olaq.

- İkinci pillədə “Qarabağ” qərarlaşsa da, “Neftçi” bu gün yenidən mövqeyinə qayıda bilər. Sizcə, məhz “ağ-qaralar”la oyununuz bu mövsüm həlledici ola bilər?
- Siz “İnter”i, “Qarabağ”ı, “Qəbələ”ni unudursuz. Hələ üstəlik, altılıq oyunları olacaq. Hər şeyə Böyük oyunların aydınlıq gətirəcəyini demək düz deyil. Bu, elə deyil.

- PFL Azərbaycan superkubokunu Gəncdə keçirmək istəyir. Siz, buna necə baxırsız?
- “Xəzər Lənkəran” superkubok matçını istənilən yerdə oynammağa hazırdı. Bizim üçün “Neftçi”ylə harda oynamağın fərqi yoxdu. Gəncədə deyəcəklər, orda da oynayacağıq. Desələr, gecə oynayın, gecə oynayacağıq. Əgər məni hətta səhər tezdən də oyatsalar, mən komandamı “Neftçi”ylə oyuna çıxarmağa hazıram.
 
- Kamran Ağayevlə aranızda nə baş verib?
- Ağayev Azərbaycanın ən yaxşı qapıçılarındandı, peşəkar futbolçudu, öz üzərində işləyir. Biz sadəcə kapitan sarğısını ondan alıb, Rahid Əmirquliyevə verməyi qərara aldıq. Kapitan mənim üçün sadəcə yaxşı futbolçu yox, həm də hamı üçün nümunə olmalıdı. Sualınıza gəlincə, onunla heç bir problemim yoxdu. Onu əvəzedici komandaya göndərməyimlə bağlı xəbərlər də gördüyünüz kimi, düz deyil.
 
- Onun yanvarda komandadan getməsi realdımı?
- Kamran “Xəzər Lənkəran”da qalacaq. Onu heç kim transferə çıxarmayıb. Mən heç bu haqda düşünməmişəm də. Yaya kimi müqaviləsi var.
 
- Niyə sizin münasibətləriniz çat verdi?
- Heç kim səhvlərdən sığortalanmayıb. Kamran da maşın deyil, inşandı. Ötən mövsüm o, çox yaxşı oynamışdı, bunu gizlətmirəm. Mən də hesab edirəm ki, Azərbaycanda onun tayı yoxdu. İstənilən baş məşqçi Kamranı “Bakı” ilə oyundakı səhvindən sonra dəyişdirərdi. Amma mən ona güvəndim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail